Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə108/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   307
333 felsefe muhazireler toplusu eyani

Fəlsəfi antropologizm.
XX əsrin birinci yarısında Qərb fəlsəfəsi diqqətini insa-
na doğru çevirdi. İnsan problemi ilə bu və ya digər dərəcədə məşğul olan, həmin 
problemi əks etdirən çoxsaylı fəlsəfi konsepsiyalar ümumi fəlsəfəyə antropologiya 
adı altında birləşir. Bu terminin əsas mənası fəlsəfi fikrin insanın təbiətini və imkan-
larını dərindən anlamaqla əlaqədardır. Hələ 1929– cu ildə M.Haydegger “Kant və 
metafizika problemləri” adlı əsərində Kantın məşhur “Mən nəyi bilərəm?”, “Mən nə 
etməliyəm?” və “Mən nəyə güvənə bilərəm?” fikirlərinin yeni yozumunu verməyə 
çalışmışdır. Öz məcmusuna görə, “nsan nədir” ümumiləşdirici fikrinə aparıb çıxarır-
dı. Əslində fəlsəfi antropologiya üçün başlıca vəzifə insan idrakının, fəaliyyətinin və 
etiqadının predmetinə yeni traktovka ilə yanaşmaqdır. Müasir şəraitdə vacib olan 
odur ki, biz necə dərk edirik, necə fəaliyyət göstərir və necə etiqad edirik? 
Fəlsəfi antropologiyanın əsas zəmini E.Qusserlinin fenomenoloji fəlsəfəsi və ek-
siztensializmlə qoyulmuşdur. Fəlsəfi antropologiyanın tərəfdarlarının fikrincə, ənə-
nəvi fəlsəfi obyektivizm və pozitivizm idrakın subyektiv və fəal cəhətlərinə etinasız-
lıq göstərir, dünyanın mahiyyəti, mənbəyi kimi, insanın özünü kifayət qədər qiymət-
ləndirmir, onun daxili təcrübəsini tam şəkildə nəzərə almır. Buradan da fəlsəfənin 
spesifik predmetinin axtarılması və onun elmi tədqiqatın predmeti ilə eyniləşdirilmə-
sinə (pozitivistlərdə olduğu kimi) yol verməmək vəzifəsi meydana çıxırdı.
Fəlsəfi antropologiya tərəfindən tədqiq olunan konsepsiyalar şərti olaraq iki qru-
pa bölünür. Bunlar: 
subyektiv– antropoloji
və 
obyektiv– ontoloji
qruplardır. Birin-
ci qrupa insanın və dünyanın varlığını insanın özündən, subyektiv “Mən”dən asılı 
edən təlimlər daxildir. Bu zaman insana avtonom bir canlı kimi, obyektiv şərait və 
normalardan asılı olmayan varlıq kimi baxılır. Bu konsepsiyaya görə, insan azadlığı-
nın həqiqi əsasları kimi əqli– idraki fəaliyyətin daxili səbəblərdən törəyən ruhani– 
mənəvi qüvvələr, təhtəlşüur– irrasional və iradi impulslar başlıca amillərdir. 
İkinci qrupa, varlığın mənasını, obyektin özündən, dünyadan çıxararaq dərk 
edən təlimlər daxildir. Bu zaman insan kosmosun, dünya əqlinin, ilahinin, mütləq 
ruhun ciddi determinasiya edilmiş sistemində mövcud olan bir varlıq kimi özünü 
göstərir. Onun real təbiəti zəruri olaraq fatalist xarakter daşıyır. Sosial– tarixi qanu-
nauyğunluqları yaradır. Bununla yanaşı mahiyyətcə öz– özlüyündən varlığın öyrə-
nilməsi deyil, onun faktiki möcudluğunun qanunları deyil, varlığın özünün mənası-
nın izahı və aydınlaşdırılması təklif olunur. Belə bir fikir irəli sürülür ki, sırf sub-
yektivlik hər cür obyektivliyin fəaliyyət göstərən əsasıdır, insanın əsl varlığı rolun-
da isə onun yaradıcılıq fəaliyyəti çıxış edir. Bu fəaliyyətin çıxış məqamı insan fəal-


119
lığının məzmununu müəyyən edən dünyasıdır. İnsan dünyaya özünün həqiqiliyini 
əldə etməyə kömək göstərən, qarşısına qoyduğu vəzifələrin həyata keçməsinə yar-
dım edən bir vasitə kimi münasibət bəsləyir. Nəticədə insan mənəvi və s. dəyərlərin 
məcmusu kimi dünyanı yaradır. Çünki bunsuz onun həyatının mənası, demək olar 
ki, yoxdur.
Öz fikirləri, müddəaları prinsiplərinə görə fəlsəfi antropologiya cərəyanının 
nümayəndələri fizikalistlərə, sosiobioloqlara və strukturalistlərə bölünür. Birincilə-
rin baxışlarının əsasını dünyanın fizika mənzərəsi, fiziki inkişaf qanunlarının dərk 
edilməsinə oriyentasiya təşkil edir (U.Kuayn, C.C.Smart, c.Armstronq). sosiobio-
loqlar insanın davranışı haqqında təsəvvürləri bioloji qanunlarla əlaqələndirirlər 
(K.Lorens, Uilson, R.Qrivers, R.Aleksander). Strukturalistlərin fikrincə, həqiqi mə-
nada tarix yoxdur. İctimai həyat və insanın özü müvafiq bütövlüyün ancaq konkret 
ifadəsidi. Ona görə də insan azadlığı yoxdur. Bu azadlıq rol və funksiyalarla əvəz 
olunmuşdur (K. Levi– Stross, M.Fuk, J.Derrida). 70–ci illərdə fəlsəfi antropologiya 
problematikasının dəyişilməsi müşahidə edilir. Bu da özlüyündə insanın fəlsəfi– 
antropoloji izahının konkret elmi bazasının genişləndirilməsi ilə əlaqədar idi. İnsan 
təbiətinin təbii– elmi təhlilinin dairəsinə ruh və mədəniyyət haqqında elmlər də 
cəlb edilir. Daha doğrusu “yeni antropologiya” haqqında söhbət başlanır. Bu dalğa-
nın nümayəndələri M.Şeler və Q.Plesner idi. M.Şeler “İnsanın kosmosda vəziyyəti” 
əsərində (1828) fəlsəfi antropologiyanın mahiyyəti haqqında əsas elm kimi təqdim 
edir. Bu elm insanın varlığını bütövlükdə, müxtəlif sahələri ilə birlikdə konkret el-
mi və praktiki cəhətdən öyrənilməsini birləşdirməlidir. Q.Plesnerin “Üzviliyin pil-
lələri və insan” (1928) adlı böyük əsərində insanın mahiyyətinin bəzi aspektləri 
heyvanlar və bitkilər aləminə münasibət baxımından araşdırılmışdır.
Fəlsəfi antropoloji tədqiqatların sonrakı inkişafı və mədəniyyət sahəsindəki 
tədqiqatlarla zənginləşdirilmişdir. Nəticədə “mədəni antropologiya” xətti də inkişaf 
etməyə başlamışdır. 
Fəlsəfi–dini antropologiya isə (Q.E.Xenqstenberq, F.Xammer) insana etiqada 
əsaslanan, öz həyatını allahla münasibətdən asılı olaraq təşkil edən varlıq kimi ya-
naşır. 
Bir sözlə, XX əsrdə insan problemi ilə Qərbdə saysız– hesabsız cərəyanlar 
məşğul olmaqdadır.

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin