216
ları
duyğu, qavrayış və təsəvvürdür.
Duyğu
insan idrakının
və ümumiyyətlə, insan şüurunun ən sadə elementidir.
Duyğu biliklərimizin yeganə mənbəyidir, duyğuların mənbəyi isə obyektiv reallıq-
dır. Duyğu predmetin ayrı-ayrı
xassələrinin,
xüsusiyyətlərinin,
tərəflərinin insan
şüurunda inikasıdır. Predmetlər isti və soyuq, hamar, yaxud kələ-kötür, acı və ya-
xud
şirin ola bilər ki, onların bu və bir sıra başqa xassələri hiss
üzvlərimizə təsir
göstərərək bizdə müəyyən duyğular yaradır. Orqanizm bu təsirləri, hər biri mürək-
kəb əsəb mexanizmi olan analizatorlar vasitəsilə ayırır. Bu mexanizm informasiya-
nı ötürən qəbuledici
cihazdan - reseptorlardan, periferiyadakı reseptorları
idarə
edən müvafiq beyin şöbəsindən və reseptorlardan beyinə gələn əsəb kanallarından
ibarətdir. İnsan orqanizmindəki analizatorlar yüksək dərəcədə ixtisaslaşmışlar: on-
lardan hər biri cisimlərin tükənməz xassələrindən yalnız müəyyənini seçərək təhlil
edir. Buna uyğun olaraq reseptorlarla idarə olunan əsəb mərkəzinin həyəcanlanması
zamanı beyində yaranan psixi proseslər - duyğular da yüksək dərəcədə ixtisaslaş-
mışlar. Məsələn, lamisə -cisimlərin temperaturu, görmə - cisimlərin forması, rəngi,
eşitmə - mühitin rəqsləri haqqında məlumat verir. Elmi dəlillərlə sübut edilmişdir
ki, "informasiya qabiliyyəti" baxımından insanda birinci yerdə görmə, ikinci yerdə
lamisə,
sonra isə eşitmə, dad və iybilmə durur.
Dostları ilə paylaş: