217
salaraq qavrayışlara çevirən hissi qabiliyyət də təsir göstərir. Məhz qavrayışın hesa-
bına predmet şüurda özünün bütöv predmet formasında, obyektiv, şüurdan asılı ol-
mayan bütövlüyü şəklində əks olunur. Duyğunun obyektiv aləmin subyektiv obra-
zına çevrilməsi də ayrı-ayrı duyğuların hissi idrakın daha yüksək forması olan qav-
rayışa daxil edilməsi hesabına əldə edilir.
Qavrayış
predmetin bütöv obrazıdır. Bu obraz
insana məxsus bütün analiza-
torların, yaxud da onlardan heç olmasa bir neçəsinin birgə fəaliyyəti nəticəsində ya-
ranır. Məsələn, gözümüz əlimizdə tutduğumuz almanın rəngi, forması, burnumuz
onun iyi, dərimiz forması və temperaturu haqqında məlumat verir. Hiss orqanları-
nın verdikləri bu məlumatların birləşməsi nəticəsində şüurda almanın bütöv obrazı-
qavrayışı yaranır. Sadə mülahizələr əsasında inanmaq olar ki, qavrayış duyğuların
mexaniki "cəmi" deyildir. Qavrayış idraki və praktiki fəaliyyətin digər aktları ilə
bağlı olub, predmetin müxtəlif təzahürlərinin fəal sintezi sayəsində yaranır. Buna
görə də cismin qavranılması fəal və yaradıcı prosesdir. Məsələn, biz baxdığımız
evin yalnız bir hissəsini görsək də, ev qavrayışı onu bir müstəvidə deyil, bütövlüyü
halında əks etdirir. Cisim hətta bilavasitə verilmədikdə belə biz qavrayış mexaniz-
minin mürəkkəb fəaliyyəti sayəsində onun şüurda bütöv obrazını yarada bilirik. Bu
halda hissi idrakın qavrayışa nisbətən daha mürəkkəb və yüksək forması olan
Dostları ilə paylaş: