220
susi bir tipini isə problem və məsələ, yəni naməlum olanları açmaq haqqında biliklər
təşkil edir.
Belə biliklər, adətən, sual və əmr formasında ifadə olunurlar.
Bilik elmin mənəvi tərəfi, şüurun mövcudluq üsuludur. Təbiət və cəmiyyət ha-
disələrinin obyektiv qanunauyğunluqlarını və mühüm əlaqələrini əks etdirən bilik
nəzəri sistem olub, özünün məntiqi strukturu, nəzəri və ictimai xarakteri ilə səciy-
yələnir. Biliyi insanlara çatdırmaq üçün xüsusi dil və işarə formalarından
istifadə
olunur. Elmi dili səciyyələndirən mühüm xüsusiyyətlərdən biri onun adi danışıq di-
li ilə yanaşı, süni dilin spesifik formalarından da istifadə etməsidir. İzahedicilik və
qabaqgörənlik elmi biliyin mühüm funksiyalarıdır. Biliyin təbiətinə fəlsəfi baxım-
dan yanaşılması onun bir sıra çox mühüm əlamətlərinin aşkara çıxarılmasına imkan
verir. Bu əlamətlərdən
Dostları ilə paylaş: