218
ifadə edirik. Hər bir adam digərindən həm də özünün emosional fərdiliyinə görə
fərqlənir. Emosiyalar insanın bu və ya digər hadisəyə aydın, fəal münasibəti olub,
hadisənin aşkar və ya gizli şəkildə qiymətləndirilməsini ehtiva edən "yaxşı", "xe-
yirxah", "ədalətli", "ədalətsiz", "gözəl", "ülvi" və b. anlayışlar vasitəsilə ifadə olu-
nur. Müasir elmi ədəbiyyatda mənəvi dəyərlər və ya sərvətlər adlanan bu anlayışlar
heç də xalis fərdi səciyyə daşımayıb, bilavasitə tarixi dövrlə, insanların qrup və sin-
fi mənsubiyyəti ilə bağlıdır.
Bu onu göstərir ki, emosiyalar konkret sosial-tarixi
məzmuna və obyektiv informasiyaya malikdirlər.
Hissi idrak haqqında yuxarıda deyilənləri yekunlaşdırıb
belə nəticəyə gələ bilə-
rik ki, hissi fəaliyyətin və hissi idrakın başlıca formaları
Dostları ilə paylaş: