286
liyə düçar olan insan öz bədəninin tədricən əriyib getdiyini hiss edir, çox böyük fi-
ziki sarsıntılar keçirir. Bundan əlavə o, öz qohumla yaxınları üçün də ağır yük ol-
duğunu başa
düşür.
Bu şəraitdə insanı ölməyə qoymamaq
doğru deyildir və belə
halda evtanaziya tətbiqi qadağan edilməməlidir. b) Digər bir nöqteyi-nəzərin-
pa-
ternalizmin
münasibəti
isə belədir ki, insanı həyatdan məhrum etməyə haqq qa-
zandırıla
bilməz. Buna görə də evtanaziyaya yol vermək olmaz. Onlar öz fikirlərini
aşağıdakı səbəblərlə əsaslandırmağa çalışırlar: əvvəla, insan
həyatı
müqəddəs və to-
xunulmazdır. Digər tərəfdən, evtanaziya buna görə edilməməlidir ki, bu halda hə-
kim tərəfindən xəstənin ailə üzvləri və qohumları
tərəfindən vərəsəlik mənafeyi
üzündə istifadə hallarına yol verilə bilər. Nəhayət evtanaziya "çıxmayan cana ümid
çoxdur" prinsipi ilə bir araya sığmır. Yəni uzun müddət xəstəlik keçirən bir adam
sağalıb normal həyata qayıda bilər.
Həyatın mənası onu ağılla yaşamaqdadır. İnsanda zəkanın, ağlın böyük rolunu
qeyd edən Helvetsi yazırdı: "Ey ağıl, səninlə insan zindanda da azaddır.
Sən elə
xoşbəxtliyin özüsən".
Müasir dövrdə həyat və ölüm haqqında fəlsəfi düşüncələr təkcə praktiki məna
kəsb etmir. O, həm də insanı öyrənən konkret elmlər üçün zəruridir.
Fəlsəfə öyrədir
ki, insan bu məsələlərə mərdliklə yanaşmalıdır. Vaxtı çatmış ölümü öz həyatının
tərkib hissəsi kimi qəbul etməli, ondan qorxmamalıdır. Vaxtilə Epikür göstərirdi ki,
ölümdən qorxmaq lazım deyildir. Çünki nə qədər biz yaşayırıq, ölüm yoxdur.
Ölüm gələndə isə biz olmayacağıq.
Fəlsəfə həyatın mənasını humanizm mövqeyindən müəyyən edir. Burada
fərdi
və ictimai ölçülər ayrılmaz vəhdətdədir. İnsanın həyat idealında təbii-bioloji ilə so-
sial, ölüm və ölməzlik qarşılıqlı təsirdə çıxış edir.
Dostları ilə paylaş: