289
runda adi "həyati" anlayışlar onun gündəlik həyat fəaliyyətində yaranır. Elmi anla-
yışlar isə "həyati" bazaya malik olmasına baxmayaraq, özünün formalaşması, tə-
şəkkül tapması üçün xüsusi təlim, müəllimlə, kitablarla ünsiyyət tələb edir. O həm
də alimlərin tədqiqatları, kəşfləri, incəsənət xadimlərinin və s.
fəaliyyəti nəticəsində
formalaşır.
Real həyatda nəzəri və adi şüur bir-biri ilə üzvü surətdə bağlıdır. Lakin fəlsəfi
analiz üçün şüurun bu səviyyələrinin tədqiqi ayrı-ayrılıqda zəruridir. Nəzəri və adi
şüur biri-birini əvəz edə bilmir, lakin bir-birinə qarşılıqlı tə'sir göstərir,
bir-birini
zənginləşdirir. Nəzəri şüur adi şüuru formalaşdırmağa qadirdir. Nəzəri fikrin, elmin
necə inkişaf etməsindən asılı olmayaraq, insanların gündəlik həyatında adi şüur hə-
mişə mövcuddur. Adi şüurun mövqeyindən istənilən sosial proseslər və təbiət hadi-
sələri haqqında mühakimə yürüdə bilərik, lakin o heç də həmişə obyektiv və düz-
gün olmur. Çünki adi şüurun imkanları empirik ümumiləşdirmələrlə məhdudlaşır.
İctimai-iqtisadi münasibətlər, insanların sosial həyat şəraiti, onların
gündəlik
fəaliyyəti və toplanan təcrübəsi insan psixikasında müəyyən hisslər, əhval-ruhiyyə,
fikirlər, arzular, vərdişlər şəklində əks olunur. Bütün bunlar ictimai psixologiyanı
təşkil edir.
İctimai psixologiya, əsasən, insanların sosial varlığının, onların yaşadığı və
fəaliyyət göstərdiyi şəraitin təsiri altında formalaşır. O, ümumiləşdirilmiş baxışlar
sistemi şəklində meydana çıxmır, mühakimələrdə, emosiyalarda, hisslərdə,
əhval-
ruhiyyələrdə, iradə aktlarında və i.a. təzahür edir. İctimai psixologiya sadəcə olaraq
insanların ideya və baxışlarının nəzəri ifadəsi deyil, o, empirik xarakter daşıyır, bu-
rada intellektual ünsürlər emosional cəhətlərlə çulğalaşır. İctimai psixologiya in-
sanların adi şüuru ilə sıx bağlı olub əslində onun bir hissəsini təşkil edir.
İctimai psixologiyanın mühüm təzahürlərindən biri sinifli cəmiyyətdə onun
hansı sinfə, sosial qrupa məxsusluğudur. Bundan əlavə hər hansı millətin, xalqın və
ya professional qrupun və kollektivin psixologiyası mövcuddur. İqtisadi
münasibət-
lərdə baş verən dəyişikliklər insan psixologiyasında avtomatik olaraq dərhal əks
olunur. Amma uzun müddət davam edən gərgin bir proses olaraq, köhnə stereotip-
lərdən azad olmaqla bağlıdır. Lakin bu proses cəmiyyətdə birmənalı qəbul olun-
mur. Buradan belə nəticəyə gəlmək olar ki, ictimai psixologiya nisbətən sabit hadi-
sədir, belə ki, ictimai varlığın dəyişməsi ilə insanların psixologiyası dərhal dəyiş-
mir.
Hər hansı bir ölkənin, millətin tarixinə aid olan xüsusiyyətlər bu ölkədə yaşa-
yan
bütün əhalinin, onun bütün zümrələrinin psixologiyasına öz təsirini göstərir.
Bəzən milli psixologiya nəzərə alınmadan aparılan sosial-iqtisadi və milli siyasət
öz neqativ nəticələri ilə qarşılaşmalı olur.
Millətin psixik cəhətləri, onun ayrı-ayrı təbəqələrinin məişət və əxlaqının xüsu-
siyyətləri onun tarixən yaranmış estetik zövqünü ifadə edən incəsənətdə də təzahür
edir.
İctimai şüurun yüksək səviyyəsi olan
Dostları ilə paylaş: