Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


İctimai və fərdi şüurun qarşılıqlı əlaqəsi



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə267/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   263   264   265   266   267   268   269   270   ...   307
333 felsefe muhazireler toplusu eyani

İctimai və
fərdi şüurun qarşılıqlı əlaqəsi. 
İctimai şüurun mühüm xüsusiyyət-
lərindən biri, onun fərdi şüurla qarşılıqlı əlaqədə olmasındadır. 
Fərdi şüur ayrıca bir şəxsin şüuru kimi meydana gəlsə də, o, əvvəllər yaşamış 


291
və indi yaşayan insan nəsillərinin yaratdığı mənəvi dəyərləri bu və ya digər dərəcə-
də özündə əks etdirir. İctimai şüur cəmiyyət üzvlərinin fərdi şüurundan kənarda 
mövcud deyildir. Lakin o öz xarakter və məzmununa görə fərdi şüurla eyniləşdirilə 
bilməz. 
Məlum olduğu kimi, təfəkkür fərdi şüurun funksiyası olsa da, o, keçmiş və in-
diki insanların fərdi təfəkkürü kimi mövcuddur. Şüurun bütün təzahürlərini hər şey-
dən əvvəl ayrı-ayrı insanların psixiki fəaliyyəti və dünyanın fərdi inikası kimi başa 
düşmək lazımdır. İctimai şüurun məzmununun fərdi mənimsənilməsi xüsusiyyəti 
heç da həmişə ictimai şüurun məzmunu, onun obyektiv əhəmiyyəti ilə deyil, insan-
ların həyat şəraiti, onların ictimai münasibətlər sistemindəki yeri, həyat təcrübələri, 
təhsilləri, tərbiyələri müəyyən olunur. İnsanların həyat şəraiti, həyat yolu ictimai 
şüurun fərdiləşməsini, onun məzmununun şəxsiyyətin malına çevrilməsi prosesini 
şərtləndirir. Bütün bunlar şəxsiyyətin cəmiyyətdə hakim olan müxtəlif mənəvi təsi-
satlara münasibətini, onların qəbul edilib-edilməməsini, yaxud fərdi şüurun ictimai 
şüura münasibətini müəyyən edir. 
Fərdi şüurun ictimai şüura münasibəti təkcənin ümumiyə nisbəti kimidir. Nə 
qədər məhdud olsa da, fərdi şüur ictimai şüurun elementlərini özündə birləşdirir. 
Odur ki, ictimai şüur bütünlükdə cəmiyyətə, fərdi şüur isə ayrı-ayn şəxslərə mən-
subdur. 
Fərdi şüurun ictimai şüura münasibəti aktivdir. Hər bir insan məqsədyönlü su-
rətdə ictimai şüurda onu maraqlandıran suallara cavab axtarır. Şüura münasibətin 
belə xarakteri hər şeydən əvvəl insanın onu əhatə edən mühitə fəal münasibətinin 
nəticəsidir. Elmin, ictimai fikrin tarixi inkişafı göstərir ki, ayrı-ayrı fərdlərin şüu-
runda meydana gələn ideyalar heç də dərhal ictimai şüura çevrilmir. Çox hallarda 
böyük sosial əhəmiyyət kəsb edən kəşflər, dahi ideyalar böyük gecikmələrlə ümu-
mi sərvətə çevrilir. Bunun səbəblərini hər bir cəmiyyətin sosial həyat şəraitində ax-
tarmaq lazımdır. 
Fərdin fikirləri, əqidəsi o zaman cəmiyyətin malı olur, sosial sərvət əhəmiyyəti 
kəsb edir ki, onlar şəxsi mənafe çərçivəsindən kənara çıxır, ümumi şüura daxil olur, 
başqa adamların əqidələrinə və davranış normalarına çevrilir.
İctimai və fərdi şüur daim bir-birinə qarşılıqlı təsir göstərir, bir-birini zəngin-
ləşdirir. Hər bir fərd bütün həyatı boyu başqa insanlarla ünsiyyət vasitəsilə, təlim-
tərbiyənin köməyi ilə ictimai şüurun təsirinə məruz qalır. Odur ki, fərdi və ictimai 
şüurun qarşılıqlı əlaqəsində şübhəsiz ki, aparıcı tərəf ictimai şüurdur. Onun fərdi 
şüura təsiri əsasən təhsil və tərbiyə prosesində həyata keçirilir. Bu həm də müxtəlif 
qurumların, sosial qrup və kollektivlərin köməyi ilə reallaşdırılır. 
Cəmiyyət tərəfindən tarixən yaradılan şüur formaları fərdə mənəvi qida verir, 
onun görüşlərinə, əqidəsinə ciddi təsir göstərir, onda əxlaqi normalar, estetik təsəv-
vürlər və hisslər yaratmaq üçün qiymətli mənbə rolunu oynayır. 
İctimai fikrin nailiyyətlərini fərdin mənimsəməsinə ictimai quruluşun xarakteri 
həlledici təsir göstərir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   263   264   265   266   267   268   269   270   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin