Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə270/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   266   267   268   269   270   271   272   273   ...   307
333 felsefe muhazireler toplusu eyani

Hüquqi şüur. 
Hüquqi şüur bütünlükdə cəmiyyətin maraq və tələbatı ilə təyin 
olunan hüquqi baxışlar, nəzəriyyə və hisslər, hüquqi hadisələr haqqındakı biliklər 
və onların qiymətləndirilməsinin məcmusudur. 
Siniflər, millətlər və dövlətlər arasındakı münasibətləri əks etdirən siyasi şüur-
dan fərqli olaraq, hüquqi şüur həyatın ictimai münasibətlərin iştirakçılarının hüquq 
və vəzifələri nöqteyi-nəzərindən əks etdirir. Hüquqi şüurun xarakterik cəhəti onun 
hüquqla qırılmaz əlaqəsidir. Bu əlaqə onların meydana gəlməsi, fəaliyyət göstərmə-
si və inkişafı ilə bağlı olan ümumi səbəblərlə şərtlənmişdir. Hüquq və hüquqi şüur 


294
cəmiyyətin siniflərə bölünməsi, dövlətin əmələ gəlməsi və inkişafı nəticəsində ya-
ranmış ictimai münasibətləri tənzimləmə zərurətindən meydana gəlmişdir. Hüquq 
normativ sistemlərdən biri olub, cəmiyyətdə insanların hərəkət və davranışlarını, 
birliklərin və dövlət təşkilatlarının vəzifələrini, münasibətlərini tənzimləyir. Bu 
normalar müvafiq hüquqi qanunlarda ifadə olunur. Bununla, hüquq ictimai orqaniz-
min işləməsi üçün lazım olan optimal şəraitin yaradılmasına kömək edir. 
Hüquqi şüur hüquqi münasibətlərin, normaların və təsisatların təbiəti və vəzi-
fələri haqqında, qanunvericilik, məhkəmə və prokurorluq orqanlarının fəaliyyəti 
haqqında təsəvvürləri əhatə edir. 
Hüquqi şüur başqa ictimai şüur formaları ilə, xüsusilə siyasi, əxlaqi və fəlsəfi 
şüurla qırılmaz qarşılıqlı əlaqədədir, onlara tə'sir etməklə bərabər onların təsirinə 
məruz qalır. Nəzəri şüurun hər hansı forması kimi hüquq öz müddəalarını məntiqi 
formada ifadə edir, həmin bilik sahəsinin əvvəlki inkişafına söykənir. Bütün bunlar 
dövlət və hüquq nəzəriyyəsinə dair xüsusi əsərlərdə
 
geniş izah edilir. 
Hüquqi şüur və hüquq bir qəbildən olan hadisələr olsa da eyni deyildir. Onların 
qırılmaz əlaqələrinə və qarşılıqlı asılılığına baxmayaraq, hər ikisi üstqurumun müs-
təqil elementləridir. Hüquq hər şeydən əvvəl hüquqi qanunlar olub, yerinə yetiril-
məsi dövlət tərəfindən təmin olunur.
Hüquqdan fərqli olaraq hüquqi şüur ümumi, məcburi xarakter kəsb etmir və 
dövlətin məcburi qüvvəsi ilə təmin olunmur. O, cəmiyyətdə müxtəlif sinif və sosial 
qrupların hüquq haqqında mövqeyindən, onun qiymətləndirilməsi kimi tarixi zəru-
rətdən meydana gəlir.
Əgər hüquq üstqurumun nisbi dəyişməz elementidirsə, hüquqi şüur onun daha 
çevik və dəyişən elementi kimi təzahür edir. Adətən istehsal prosesində, mübadilə-
də və bölgüdə baş verən hər hansı kiçik dəyişikliklər belə, hüquqi şüurda əks olu-
nur və qiymətləndirilir. Bu zaman cəmiyyət qarşısında hüquqi sahədə tənzimləmə 
vəzifələri formalaşır. O sanki bazis və hüquq arasında əlaqəni təmin edir. Demok-
ratik cəmiyyətdə qanunun aliliyi prinsipi hüquqi şüurun da bu istiqamətdə forma-
laşmasına zəmin yaradır. 
Əxlaq
. Əxlaq və ya mənəviyyat öz tarixi etibarilə ictimai şüurun qədim forma-
sı olub, insan cəmiyyətinin formalaşdığı dövrdə meydana gəlmişdir. Cəmiyyətin il-
kin inkişaf mərhələsindəki iqtisadi münasibətlərdə öz ifadəsini əxlaqi şüurda tap-
mışdır. Əxlaq hələ ibtidai icma quruluşunda insanların praktiki tələbatından - mü-
nasibətlərin tənzimlənməsi, birgə əmək fəaliyyətinin təşkili ehtiyacından meydana 
gəlmiş və inkişaf etmişdir. Bütün bunlar adi davranış normalarının, qaydalarının 
adət kimi təsbit olunmuş şəkildə işlənilməsini tələb edirdi. Axı cəmiyyət həmişə öz 
üzvləri qarşısında müəyyən tələblər qoyur. Bu tələblər ilk növbədə məhz əxlaq nor-
malarında ifadə olunur. Cəmiyyət inkişaf etdikcə istehsalda, istehsal münasibətlə-
rində baş verən dəyişikliklərin təsiri altında bu normalar dəyişilir, yeniləşir və inki-
şaf edir. 
Əxlaq dedikdə, adətən, cəmiyyətdəki davranış normaları, qaydaları və prinsip-
lərinin məcmusu başa düşülür. Bəzən mənəviyyata və əxlaqa eyni anlayışlar kimi 
baxırlar. Lakin mənəviyyat daha geniş, əhatəli bir anlayışdır. 


295
Etika 
əxlaq nəzəriyyəsi, əxlaq haqqında fəlsəfi təlimdir. O, quldarlıq cəmiyyə-
tində əqli əməyin fiziki əməkdən ayrılması, ilk fəlsəfi nəzəriyyələrin yaranması 
dövründə meydana gəlmişdir. Bu mənada filosofların insan münasibətləri sahəsinə 
müraciət etmələri, əxlaqın meydana gəlməsi səbəbləri və mənbələri, həyatın məna-
sı, səadət, xeyir və şər anlayışları, insan hərəkətlərinin əxlaqi qiymətləndirilməsi və 
başqa problemlərə toxunmaları xüsusi rol oynamışdır. Etik konsepsiyalar fəlsəfi 
sistemlərin tərkib hissəsi olmaqla, adətən, fəlsəfədə iki cərəyanın - materializm və 
idealizmin mübarizəsini əks etdirmişdir. Materializmin nümayəndələri əxlaqı insa-
nın tələbatı və marağı ilə bağlayıb onun bəşəri əsasını tapmağa can atmışlar. İdea-
list konsepsiyaların nümayəndələri isə əxlaqa oprior, bu dünya ilə əlaqəsi olmayan, 
anadangəlmə və dəyişməz bir hadisə kimi baxırlar. 
Əxlaqın norma, prinsip və kateqoriyalarına konkret-tarixi mövqedən yanaşmaq 
lazımdır. Xeyir və şər, ədalət, namus, şərəf və s. haqqında əbədi və dəyişilməz tə-
səvvürlər yoxdur və ola da bilməz.
Elm. 
İctimai şüurun formalarından biri olan elm təbiətdə, cəmiyyətdə və insan 
təfəkküründə baş verən proses və hadisələr haqqında sınaqdan keçirilmiş, dəqiqləş-
dirilmiş biliklər sistemidir. İnsan və bütövlükdə cəmiyyətin yaşaması üçün onlar ət-
raf aləm haqqında müəyyən biliklərə malik olmalıdırlar. Bunsuz istehsal prosesini 
həyata keçirmək mümkün deyil. Odur ki, cəmiyyət elmsiz, biliksiz, yaşaya bilməz. 
İctimai fikrin digər formaları kimi elmi də hər hansı bir millət, bir xalq və yaxud da 
bir insan nəsli yaratmamışdır. O, tarix boyu bütün bəşəriyyət tərəfindən, bütün 
xalqların alimləri tərəfindən yaradılmış və inkişaf etdirilmişdir. 
Cəmiyyət həyatında onun rolundan danışdıqda onun yerinə yetirdiyi üç qrup 
sosial funksiyanı xüsusi qeyd etmək lazımdır: birincisi, mədəni-dünyagörüşü funk-
siyası, ikincisi, elmin bilavasitə məhsuldar qüvvə olması və üçüncüsü, ictimai inki-
şafda meydana gələn müxtəlif problemlərin həllində ondan geniş istifadə olunması-
dır.

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin