Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə266/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   262   263   264   265   266   267   268   269   ...   307
333 felsefe muhazireler toplusu eyani

 ideologiya, 
müəyyən sinfin, millətin mə-
nafe və maraqlanın ifadə edən fəlsəfi, dini, etik, estetik görüşlərin nəzəri səviyyədə 
rəsmiləşdirilmiş məcmusudur. Hər hansı sinif və millət öz sosial rolunu dərk edə-


290
rək ideologiyadan öz sinfi maraqlarını həyata keçirmək üçün istifadə edir. İdeologi-
ya daha geniş, ümumiləşdirilmiş sosial-tarixi və müasir təcrübəyə əsaslanır. Adi şü-
ur insanların həyat fəaliyyəti prosesində öz-özünə, kortəbii surətdə təşəkkül tapır, 
ideologiya isə başlıca olaraq ideoloqların xüsusi səylərinin, şüurlu fəaliyyətinin 
məhsulu kimi meydana çıxır. 
İctimai şüurun nisbi müstəqilliyi. 
İnsanların ictimai varlığı, maddi istehsal 
fəaliyyəti onların ictimai şüurunu müəyyən edir. Amma bu heç də o demək deyildir 
ki, ictimai şüur passivdir. İctimai şüur heç də ictimai varlığın müstəqillikdən tam 
məhrum edilmiş passiv inikası deyildir. İctimai şüur öz inkişafında nisbi müstəqilli-
yə və varislik xüsusiyyətinə malikdir. İctimai şüurun nisbi müstəqilliyini qəbul et-
mədən cəmiyyətin inkişafına onun fəal təsirini izah etmək qeyri mümkündür. Əgər 
ictimai şüur nisbi müstəqilliyə malik olmasaydı, mənəvi həyatın nisbətən müstəqil 
inkişafını izah etmək mümkün olmazdı. Belə alınardı ki, cəmiyyətin mənəvi həya-
tındakı dəyişikliklər, yalnız ictimai varlığın dəyişməsi çərçivəsində mexaniki ola-
raq baş verə bilər. 
Sosial həyatda baş verən proseslərdə iştirak edən amillər səbəb və nəticə, fəal 
və passiv ünsürlər kimi çıxış edirlər. Maddinin mənəviyə təsirinin təyinedici olma-
sına baxmayaraq, mənəvi amillər də maddi həyata öz aktiv təsirini göstərir. 
İctimai şüurun nisbi müstəqilliyi hər şeydən əvvəl özünün ictimai varlığa əks 
təsirində büruzə verir. Bu təsir cəmiyyətin inkişaf səviyyəsi ilə bağlı olaraq artır. 
İctimai şüurun nisbi müstəqilliyinin struktur elementləri ilə əlaqəsi, əsasən, ideolo-
giyanın inkişafında xüsusi rolu vardır. İdeologiyanın inkişafı nəticə etibarilə iqtisa-
di inkişafla müəyyən olunsa da, onun hər bir növünün, ictimai şüurun hər bir for-
masında varisliyi özünəməxsus şəkildə təzahür edir.
Qabaqcıl ideologiya ictimai inkişafın vaxtı çatmış məsələlərini qarşıya qoyur 
və bu mənada onun obyektiv gedişindən qabağa düşür, lakin bunu ictimai şüurun 
daha ictimai varlıqla müəyyən edilməməsi kimi başa düşmək düzgün olmaz. Məsə-
lə bundadır ki, ictimai şüur ictimai varlığın inkişafının müəyyən meyllərini aşkara 
çıxarır və bunları az-çox düzgün əks etdirir. İnkişaf meyllərini və proseslərini qa-
baqcadan görmək isə qabaqcıl ideyaların dəyişdirici gücündən istifadə etmək imka-
nı verir və onların ictimai inkişafda fəal rol oynadıqlarını göstərir. Cəmiyyətin mə-
nəvi həyatına aid ünsürlər, ictimai şüurun formaları nəinki cəmiyyətin maddi mü-
nasibətlərinə, həm də bir-birinə təsir göstərirlər. Bu təsir siyasi, hüquqi, fəlsəfi, el-
mi və s. şüur formalarının dialektikasında çox aydın təzahür edir. 
Tarixi inkişafın müxtəlif mərhələlərində cəmiyyətin qarşısında duran məsələ-
lərdən asılı olaraq ictimai şüurun bu və ya digər forması daha ciddi rol oynayır.
Ayrı-ayrı dövrlərdə ictimai şüurun müxtəlif formaları olan din, fəlsəfə, incəsə-
nət, əxlaq, hüquqi şüur bəzən siyasi ideyaları təbliğ etmək üçün mühüm alətə, siya-
si mübarizə vasitəsinə çevrilir, yəni onlardan müəyyən siyasi məqsədlər üçün istifa-
də olunur.

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   262   263   264   265   266   267   268   269   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin