Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə268/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   264   265   266   267   268   269   270   271   ...   307
333 felsefe muhazireler toplusu eyani

 
 


292
§ 2. İctimai şüurun formaları 
 
Mentalitet (lat. ağıl, düşüncə, təfəkkür tərzi) deməkdir. O, ilk dəfə 1856-cı ildə 
Amerika alimi R.Emerson tərəfindən işlədilmiş, Fransa alimi Marsel Prust onu tər-
tib etdiyi lüğətə daxil etmiş, XX əsrdə L.Febr və başqaları onun haqqında müxtəlif 
fikirlər söyləmişlər.
İctimai şüura nisbətdə mentalitet fərdi və kollektiv şüurun, emosiyaların, əh-
val-ruhiyyələrin mövcud sosial gerçəkliyə münasibətinin inkişaf dərəcəsini göstə-
rir. Mentaliteti cəmiyyətin mənəvi psixoloji siması adlandırmaq olar.
Sosial varlıq şəraitinin ümumiliyi daxilində hər bir fərdin öz inkişaf spesifikliyi 
onun mənəvi aləminin digər fərdlərin mənəvi aləmindən fərqini müəyyən edir, in-
san fəaliyyətinin zənginliyini yaradır.
İctimai şüur nisbi müstəqilliyə malikdir. Lakin həmin müstəqillik mütləq ol-
mayıb ictimai varlığın ictimai şüura müəyyənedici təsiri çərçivəsində baş verir. Bu 
cür nisbi müstəqil inkişafın əsasında ictimai varlıqla ictimai şüur arasında “sərt əla-
qələrin” istisnalığı qanunudur. Bu qanunauyğunluq isə bir halda ictimai şüurun icti-
mai varlıqdan geridə qalmasına, digər halda isə onu ötüb keçməsində ifadə olunur. 
İctimai şüurun inkişafının varislik qanunauyğunluğu da mövcuddur. Bu, həm də ic-
timai şüurun səviyyələrində, həm də onun formalarının inkişafında təsir göstərən 
qanunauyğunluqdur. 
İctimai şüurun ictimai varlığa fəal əks təsiri qanunu da mövcuddur. İctimai 
varlıqla ictimai şüur bir-birinə nisbətdə nə isə xarici bir şey deyildir, ictimai varlıq 
özünü ictimai şüur vasitəsilə reallaşır və şüur vasitəsilə fəaliyyət göstərir. İctimai 
varlıq özündə öz fəaliyyətinin zəruri daxili elementi olan özünün inikaslarını ehtiva 
edir. Bu üzvi sistemli asılılıq ictimai şüura fəallıq verir.
İctimai şüur formaları eyni vaxtda meydana gəlməmiş, ictimai varlığın mürək-
kəbləşməsi və insanın idrak qabiliyyətlərinin inkişafı və təkmilləşməsi nəticəsində 
bərqərar olmuşdur. İctimai şüurun tarixən ilk forması əxlaqdır.
Sosial funksiyalarına görə ictimai şüur formalarını 2 qrupa ayırmaq olar:
1) Sosial gerçəkliyin mənəvi-praktik mənimsənilməsinin baş verdiyi formalara 
(əxlaq, siyasi və hüquqi şüur); 
2) Bütün ətraf aləmin mənəvi mənimsənilməsi formalarına (incəsənət, fəlsəfə, 
din, elm). 
İctimai şüurun aşağıdakı formaları mövcuddur: 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin