Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə271/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   267   268   269   270   271   272   273   274   ...   307
333 felsefe muhazireler toplusu eyani

İncəsənət. 
İncəsənət ictimai şüur forması olub, həm də dünyanın mənəvi-prak-
tiki dərk olunmasının xüsusi tipidir. 
İctimai şüur formalarının hər biri ətraf aləmi özünəməxsus üsullarla, (elm - an-
layışlar, kateqoriyalar vasitəsilə, hüquq - qanunlarla, əxlaq - davranış normaları ilə 
və s.) əks etdirir. İncəsənət isə insan şüurunda gerçəkliyin bədii surətlər vasitəsi ilə 
inikası formasıdır. 
Bədii surətlərin mənbəyi real həyat gerçəklikləridir, bədii obrazların əsasında 
həyat həqiqətləri durur. İncəsənət, əsasən, müəyyən peşəkar qrupun - şairlərin, rəs-
samların, heykəltəraşların, musiqiçilərin və i.a. fəaliyyət sahəsidir. Bununla yanaşı 
incəsənətin müxtəlif növlərini öyrənən ayrı-ayrı incəsənətşünaslıq sahələri meyda-
na gəlmişdir. Peşəkar sahədən kənarda incəsənət öz kökləri ilə daha dərin tarixi in-
kişaf dövrlərində, xalq yaradıcılığı formasında (mifologiya, folklor və s.) inkişaf et-
mişdir. Bununla bərabər dünyanın gözəllik qanunları əsasında mənimsəməyin ma-
hiyyəti və qanunları haqqında fəlsəfi təlim olan estetika yaranmışdır. 
İncəsənətə ideologiya, siyasi şüur xüsusi təsir göstərir. Eyni zamanda ətraf alə-
mi əks etdirən incəsənət insanlara dünyanı dərk etməkdə kömək edir, siyasi, mənə-


296
vi və bədii tərbiyədə qüdrətli vasitə rolunu oynayır.
Estetik münasibətlər insan cəmiyyətinin yaranması dövründə meydana gəlmiş, 
dəyişmiş və inkişaf etmişdir. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq estetik müna-
sibətlərin mənbəyi olan sosial gerçəkliklər də dəyişir. İnsanların zövqü, onların es-
tetik idealları və estetik təsəvvürləri, ictimai həyatın bütün tərəflərini daha dərindən 
və düzgün əks etdirmək tələbatı incəsənətin yeni növlərini və janrlarını meydana 
gətirir. 
İncəsənət nəinki gerçəkliyi əks etdirir, o, eyni zamanda "xüsusi dünya" nisbi 
müstəqilliyə malik bədii obrazlar dünyası yaradır. İncəsənətdə hər hansı bir əsər öz 
bədiiliyi, ideallılığı nöqteyi-nəzərindən qiymətləndirilir. İncəsənət və həyat bir - bi-
rindən ayrılmazdır. Gerçəkliklərin dərk olunması, sənətkar tərəfindən həyat materi-
allarının fəal estetik yeniləşdirilməsi incəsənətin yalnız bir tərəfini təşkil edir. Onun 
ikinci tərəfi insanların davranışına, onların hiss və fikirlərinə, incəsənətin yaradıcısı 
olan insanın mənəvi formalaşmasına məqsədyönlü təsirdir. İncəsənətin vəzifəsi 
şəxsiyyətə və onun vasitəsilə cəmiyyətə təsir etməkdir. İncəsənət xalqlar arasında 
qarşılıqlı anlaşma, onların mədəni inkişafı və qarşılıqlı zənginləşməsi üçün imkan 
yaradır. 
Elmi-texniki tərəqqi şəraitində mədəniyyətin inkişafında kütləvi kommunikasi-
ya vasitələri xüsusi rol oynayır. Onlar reproduktiv (retranslyasiya, bədii dəyərlərin 
nümayişi, geniş auditoriya üçün incəsənət əsərlərinin sərgisi) və produktiv (kino-
fotoqrafiya, televiziya və b. sahələrdə estetik dəyərlərin təkrar istehsalı) funksiyala-
rını yerinə yetirir. 
İncəsənət milli xarakter daşıyır. Onun milliliyi hər şeydən əvvəl hər hansı xal-
qın xarakterinin izlərini, həyat tərzini, adət və ənənələrini, onun maraqlarını, müba-
rizəsini, fikir və həyəcanlarını əks etdirməsində özünü göstərir. Xalqın həyatı və 
mübarizəsi qabaqcıl incəsənətin məzmununu zənginləşdirir, sənətkara ilham verir. 
İncəsənətin xəlqiliyi həm də xalq kütlələrinin mənəvi yaradıcılığı ilə əlaqəsində tə-
zahür edir. İncəsənət öz kökləri ilə xalqın həyatı ilə bilavasitə bağlıdır. Xalqın ma-
raqları ilə yaşamaq, onun sevincinə və kədərinə şərik olmaq, həyatın həqiqətlərini 
təsdiqləmək, incəsənətdə həqiqi xəlqilik deməkdir. Cəmiyyətin, xalqın tələbatından 
meydana çıxan, onun həyatmı düzgün əks etdirən həqiqi sənət əsərləri uzun müddət 
yaşayır, mədəni irs kimi qorunub saxlanılır. Zamandan asılı olmayaraq belə bədii 
dəyərlər öz qiymətini həmişə saxlaya bilir. Məhz bu xüsusiyyət incəsənətin ən mü-
hüm keyfiyyətlərindəndir. 
Xalqın həyatım, öz dövrünün adamlarının bədii obrazlarını özünəməxsusluqla 
yaradan sənətkar təkcə fərdi deyil, həm də tipik, ümumi cəhətləri göstərən bədii 
əsər yaratmış olur. Odur ki, bu əsərlərin yaratdığı estetik hisslər təkcə bir sinfin və 
ya dövrün adamları üçün deyil, müxtəlif dövrün adamlarına, ölkələrinə, xalqlarına 
məxsusdur. Onlar ümumbəşəri xarakter daşıyır. Bu deyilənlərə əsasən biz incəsənə-
ti ictimai şüurun xüsusi forması, gerçəkliyi mənimsəməyin, onu bədii şəkildə əks 
etdirməyin, qiymətləndirməyin və insanın yaradıcı fəaliyyətinin xüsusi bir forması 
kimi müəyyən edə bilərik. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   267   268   269   270   271   272   273   274   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin