Ş ŞAMANİZM – ibtidai-icma quruluşunda bəzi xalqlarda yaranmış erkən din.
Şamanın [kamın] ruhlarla ünsiyyətinə inama əsas-lanır.
ŞEY – hər hansı bir düşüncəni dilə gətirən naməlum termin. Həqiqi olan, şüu-
run xaricində öz başına var olan yeganə obyekt. Ümumiyyətlə qarşımızda olan,
şüurun özünə yönəldiyi, özünə yönəldilən, düşünülüb hazırlanan şey. Şey – maddi
aləmin nisbi müstəqil mövcudluğa malik hissəsi. Bir şey o biri şeydən özünün key-
fiyyət müəyyənliyi ilə fərqlənir.
ŞƏRİƏT [ər. ―yönəltmək‖ qanun vermək] – müsəlman qanunlarının sistem-
ləşdirilmiş toplusu. Şəriətdə bütün qeyri-dini və dini problemlər islam baxımından
işıqlandırılır; təsərrüfat həyatı, əxlaqi və etik normalar, adət, ənənə və bayramlar,
qadağan olunmuş, bəyənilmiş, yaxud təqdirəlayiq hərəkətlər, hətta dindarın həyatı-
nın ən intim sahələrini də əhatə edən qayda və qanunlar islam dini baxımından va-
hid sistem şəklində birləşdirilmişdir.
ŞÜUR – 1. Insanın özü, yaşadıqları və dünya haqqındakı məlumatı. Bundan
başqa düşünmək və özünü tanımaq qabiliyyəti. Fəlsəfi ensiklopediyada qeyd olu-
nur ki, şüur obyektiv gerçəkliyin yalnız insana xas yüksək formasıdır və insan tərə-
findən obyektiv aləmin və öz xüsusi varlığının başa düşülməsində, dərk edilmə-sin-
də fəal iştirak edən psixi proseslərin vəhdətindən ibarətdir.
Şüursuzluq – Səbəbi
şüura hələ gəlib çatmamış [məs. müdafiə reaksiyası və s.] həmçinin şüur təbii və ya
süni olaraq dayandırıldıqda [yaxud, hipnoz altında, möhkəm sərxoş olduqda, luna-
tizm zamanında və s. hallarda] avtomatik, qeyri-ixtiyari baş verən fəaliyyət.
T TABU [polineziya dilində] Qeyri-normal gücə sahib olan bir insan və ya söz
tabu sayıla bilər.
İbtidai xalqlarda: əfsanəvi etiqadlara, mövhumi təsəvvürə – zehniyyətlərə görə
işlənməsi (dilə gətirilməsi) mütləq bədbəxtliyə səbəb olacaq və buna görə də söy-
lənməsi qadağan olunmuş söz. Müasir dildə: senzura tərəfindən işlənməsi qadağan
edilmiş söz, yaxud qaba, ədəbsiz sayıldığına görə işlənməsi qeyri-münasib hesab
edilən söz.