Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə303/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   299   300   301   302   303   304   305   306   307
333 felsefe muhazireler toplusu eyani

TALE 
– insanların həyatında bütün hadisələri qabaqcadan müəyyən edən föv-
qəltəbii qüvvə haqqında dini-idealist təsəvvürü ifadə edən anlayış. 
TEİZM 
[yun. Theos – Tanrı] – Bir Tanrıya iman gətirmək. Aləmin səbəbi 
olan lakin, aləmdən ayrı olan bir Allahın varlığına inanan fəlsəfi doktrina. 
TELEOLOGİYA 
[yun. Teleos – məqsəd, loqos – təlim, söz] – aləmdə obyek-
tiv, insan fövtündə duran məqsədlərin və məqsədəuyğunluğun mövcudluğu haqqın-
da dini-fəlsəfi təlim. 


322
TEOQONİYA 
[yun. Thheos – allah və goneia – anadan olma, doğulma] – al-
lahların mənşəyi haqqında dini miflər sistemi; allahların şəcərəsi. 
TEXNOKRATİYA 
[yun. Techne – sənət, peşə, kratos – hakimiyyət, dövlət] 
Müasir cəmiyyətlərdə hakim sinfə mənsub dövlət inhisarçı istehsalın yüksək rəh-
bərlərindən ibarət sosial təbəqə. 
TEOLOGİYA
– 1. Kainatı, bütün mövcudatı qayələrlə vasitələr arasında əla-
qələr bütünü olaraq görən fəlsəfi təlim. 2. Ancaq insan fəaliyyətinin deyil, tarix və 
təbiət hadisələrinin də, tamamının olduğu kimi tək-tək hadisələrin də məqsədlərlə 
təyin edilmiş və istiqamətlənmiş olduğunu qəbul edən təlim. 
TEZİS
ortaya qoyulan müddəa, hökmlər, qaydalar, önə sürülən prinsip. 
TƏSADÜF
– gözlənilməyən, planda olmayan, əvvəlcədən proqnozlasşdırılma-
sı mümkün olmayan hal və hərəkətlər.
TƏSƏVVÜR 
- gerçəkliyin predmet və hadisələrinin predmet və hadisələrin 
özlərinin hiss orqanlarına bilavasitə təsiri olmadan da şüurda saxlanılan və yenidən 
canlandırılan hissi-əyani, ümumiləşdirilmiş obrazı. 
TƏFƏKKÜR 
- yaxud düşünmə, fikrə dalmaq – obyektiv aləmin anlayışlar-da, 
mühakimələrdə, nəzəriyyələrdə və s. əks olunmasından ibarət, bu və ya digər məsə-
lələrin həlli ilə bağlı fəal proses, xüsusi qaydada təşkil olunmuş materiyanın – bey-
nin ən yüksək məhsulu. Təfəkkür insanı digər canlılardan fərqləndirən ən birinci 
xarakterik xüsusiyyətdir. İnsan bu qabiliyyəti vasitəsilə hər hansı bir şey haqqında 
mühakimə yürüdür, müqayisələr aparır, bir-birindən fərqləndirir, ayırır, bölür, bağ-
lantı qurur və s. bütün bu proses şüurun məhsuludur. Təfəkkür kəlmə etibarı ilə di-
limizə ərəbcədən keçmişdir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   299   300   301   302   303   304   305   306   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin