SƏBƏB - həqiqi səbəb, bir hadisənin ortaya çıxmasında qaynaqlandığı şey, nə-
yəsə təsir edən, onu əmələ gətirən şey.
SƏBƏBİYYƏT – səbəblə təsir arasındakı əlaqə. Bu baxışa görə hər hadisənin
bir səbəbi vardır ki, bu da səbəbiyyət məsələsidir. Bu düşüncə tərzinə görə səbəblə
təsir arasında əlaqənin vacibliyini dilə gətirir.
SKEPTİSİZM [yun. Skeptihos – nəzərdən keçirən, tədqiq edən, tənqid edən]
– obyektiv gerçəkliyin dərki imkanını sübhə altına alan fəlsəfi konsepsiya. Dəqiq
bir mövqedə olmamaq, qərarsız qalmaq, şübhələnmək, şübhə ilə yaxınlaşmaq.
SİVİLİZASİYA [lat. civilis – mülki, dövlət] – cəmiyyətin maddi və mənəvi
nailiyyətlərinin məcmusu.
SİENTİZM = sayentizm [lat. scientia və ing. Science – bilik, elm] – elmlə
bağlı olan dünyagörüşü yaxud da elmi düşüncənin təktərəfli dəyərləndirilməsinə
deyilir. Mədəniyyət sistemində, cəmiyyətin ideya həyatında elmin rolunun mütləq-
ləşdirilməsindən ibarət konsepsiya.
SİSTEM [yun. Systema – synestanai - birlikdə yerləşdirmək, bir yerə topla-
maq. Cəm etmək. yun. Sys-tem – bütöv, tam hissələrdən təşkil olunmuş, birləşdiril-
miş] – öz aralarında müəyyən münasibətdə və əlaqədə olan, müəyyən bütövlük,
vəhdət əmələ gətirən ünsürlərin məcmusu yaxud öz daxilinə qapalı, sistemli forma-
da olan tam. Bir ideyaya yaxud da dünyagörüşünə görə sistemlənmiş fikirlər, məlu-
matlar, təlimatlara da sistem deyilir. Bir-biri ilə əlaqəli, bağlı olan elmi yaxud fəlsə-
fi ideyalara və fikirlərə də sistem deyirlər.
SIÇRAYIŞ – predmetin və ya hadisənin əsaslı keyfiyyət dəyişməsi, kəmiyyət
dəyişmələrinin nəticəsində köhnə keyfiyyətin yeni keyfiyyətə çevrilməsi [ Kəmiy-
yət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu].
SOLİPSİZM [lat. solus – tək, yeganə və ipse – özüm] – subyektiv idealist tə-
lim. Təlimə görə ancaq insan və onun şüuru mövcuddur, obyektiv aləm isə, o cüm-
lədən insanlar yalnız fərdin şüurunda mövcuddurlar.
SOFİZM [yun. Sophisma – fənd, yalan, başsındırma] – ümumi qəbul olunmuş
təsəvvürlərə zidd hər hansı cəfəngiyatı, yaxud paradoksal müddəanı əsaslandıran
mühakimə və ya nəticə.