Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə297/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   293   294   295   296   297   298   299   300   ...   307
333 felsefe muhazireler toplusu eyani


 
PANTEİZM 
[yun.pan - Hər şey və theos – allah] –Allah ilə aləmi bir və eyni 
sayan fəlsəfi təlim. Bu fəlsəfi təlimə görə allah təbiətin hüdudlarından kənarda yer-
ləşməyib, onunla eyniyyət təşkil edən şəxssiz başlanğıcdır. 
PERİPATETİZM
– Aristotelin tərəfdarları və tələbələri. Aristotelin fəlsəfi 
dərslərini və müzakirələrini ayaq üstə gəzinərək təlim etdiyinə görə belə bir ad gö-
türülmüşdü. Peri-patetikos piyada addımlamaq deməkdir. Ərəbcəyə də bu formada 
tərcümə edilən terminin lüğəti mənası piyada gəzənlər deməkdir. 
POZİTİVİZM 
– müsbət münasibət, təsdiqedici olma, etimad göstərmə. tədqi-
qatlarını aktlara, həqiqətlərə əsaslanan, metafizik açıqlamaları nəzəri olaraq imkan-
sız, qaydasız, hesabsız edən, təcrübə ilə isbatlanmayan, problemləri sözdə problem 
olaraq xarakterizə edən fəlsəfi dünyagörüşü. Təcrübə ilə reallaşmamış olan hər şeyi 
rədd edib, faktlardan və onlar arasındakı dəyişməyən münasibətlərdən hərəkət edə-
rək, real olmayan heç bir məlumat mövzusunu qəbul etməyən fəlsəfə məktəbi. 
PLÜRALİZM
– həqiqətin açıqlanmasında birdən çox prinsipin mövcud olma-
sını qəbul edən təlim, yəni fəlsəfədə həqiqətin növ-növ olduğunu, aləmi təşkil edən 
varlıq və əşyanın tək bir prinsipə və ya qanuna çevrilməyəcəğini, bir çox reallıqla-
rın mövcud olduğunu qəbul edən görüş. 
PARADİQMA 
[yun. Paradeigma – misal, nümunə] – məlum mərhələdə elmi 
praktikada təcəssüm edən, konkret elmi tədqiqatı müəyyənləşdirən nəzəri və meto-
doloji ilkin şərtlərin məcmusu. 
PARADOKSLAR 
[məntiqin və çoxluqlar nəzəriyyəsinin paradoksları] [yun. 
Paradoxos – gözlənilməz] – mühakimənin məntiqi düzgünlüyü saxlanılmaqla məz-
munlu çoxluqlar nəzəriyyəsində və formal məntiqdə meydana gələn formal məntiqi 
ziddiyyətlər. 
PARAPSİXOLOGİYA 
[yun. Para – yanında, kənarında] – hiss orqanlarının 
fəaliyyəti ilə izah oluna bilməyən hissiyyat formalarını, həmçinin canlı varlığın 
əzələ səyi olmadan onu əhatə edən hadisələrə təsir formalarını öyrənən tədqiqat sa-
həsi. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   293   294   295   296   297   298   299   300   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin