316
O
OBYEKT
– göz önündə olan, qarşıya qoyulan şey.
OBYEKTİV
– obyektlə əlaqəsi olan, onunla həmahəng olan. Fərdin şəxsi gö-
rüşündən asılı olmayan. Yaxud ümumiyyətlə hər növ düşüncə tərzinə uyğun gələn.
OBYEKTİVLİK
– fəlsəfi mövqe; buna görə fəlsəfi idrak tədqiqatı tənqidi qiy-
mətləndirməyə, dəyərlər haqqında mülahizələr söyləmək səviyyəsinə çatdırmağa
qadir deyil, buna görə də həmin idrak bunlardan əl çəkməlidir.
OKKAZİONALİZM
[occasio – təsadüf] – ruhun və bədənin qarşılıqlı təsiri-
nin izah olunmazlığını aradan qaldırmağa çalışan XVII əsr dini-idealist doktrinası.
OKKULTİZM
[occultus – gizli, məhrəm] – dünyada fövqəltəbii, elmi tədqi-
qata müyəssər olmayan fenomenlərin və qüvvələrin mövcudluğunu qəbul edən və
onlara qarşılıqlı təsir üçün [magiya, spiritizm] əməli üsullar işləyib hazırlayıb tə-
limləri ifadə edən termin.
ORQANON
[yun. hərfi mənası vasitə, alət deməkdir] – Aristotelin məntiqlə
əlaqədar işlərin hamısına verilən ad. Lakin Aristotel sırf məntiq mənasında analitik
terminindən istifadə edirdi. Aristotelə görə məntiq düzgün düşünmənin metodu və
sənətidir.
Ö
ÖZÜNDƏ ŞEY
[alm. Ding an sich; fr. Chose en soi; ing. Thing in itself] –şü-
urdan asılı olmayaraq öz başına var olan, təcrübənin xaricində olan şey. Bu mənada
Aristoteldə və sxolastik fəlsəfədə maddə ilə eyni mənalı. Kantda – noumenlə eyni
mənalı düşüncədən asılı olmayaraq var olan.
Dostları ilə paylaş: