57
iradəsinə (Allah) tabe etməyin zəruriliyi haqqında
Avrelinin fikri, onun idealizm
mövqelərindən çıxış etdiyini göstərir. Onun fikrincə, "insan fəaliyyətinin əsas məq-
sədi xeyirxahlığa nail olmaqdan ibarətdir, insanın xeyirxah olub olmadığını bilmək
üçün onun daxilinə nüfuz etmək lazımdır".
Romada fəaliyyət göstərən fəlsəfi tə"limlərdən biri də epiküreizm idi. Epiküre-
izm Roma respublikasınm son illərində və imperator üsul-idarəsinin başlanğıcında
geniş yayılmış vahid materialist tə"lim idi.
Tit Lukretsi Kar
(e.ə. 95-55) epikürçülüyün ən görkəmli nümayəndəsi idi.
Lukretsi fəlsəfə tarixində "Şeyiərin təbiəti haqqında" adlı əsəri ilə məşhurdur. Bu,
şeirlə yazılmış fəlsəfi əsərdir. Lukretsi bu poemada bədii dillə özünün materializ-
mini əsaslandırmış, Epikürün atomist təlimini davam etdirib, onu daha da zəngin-
ləşdirmişdir. Lukretsi atomistlərin xəttinə sadiq qalaraq dünyanın maddiliyini, ma-
teriyanın yaradılmaz və məhvedilməzliyini təsdiq etmişdir. O göstərmişdir ki, dün-
ya atomlardan və boşluqdan ibarətdir. Atomlar keyfiyyətə malik deyillər, onlar yal-
nız böyüklüyünə, formasına və ağırlığına görə bir-birindən fərqlənirlər.
Boşluğun
çəkisi yoxdur, onun nüfuz etmək xassəsi vardır. Lukretsiyə görə, əgər təbiətdə boş-
luq olmasa idi, atomlar hərəkət edə bilməzdi və müxtəlif şeylər yarana bilməzdi.
Başqa atomistlər kimi Lukretsi də hərəkəti atomların məkan daxilində sadəcə yer-
dəyişməsi kimi başa düşürdü. O, hərəkət əsnasında atomların özbaşına düz xətdən
kənara meyl etmək qabiliyyəti haqqında Epikürim ideyasını daha da inkişaf etdir-
mişdi. Lukretsi təsir göstərmək xassəsinə malik olan atomlardan ibarət cismani nə
varsa, hamısını maddi adlandırmışdır. Lukretsiya
görə, bütün şeylərin müxtəlifliyi
onları təşkil edən atomların necə və hansı vəziyyətdə birləşməsindən və hərəkət et-
məsindən asılıdır. Müxtəlif formalarda olan atomların
birləşməsindən müəyyən
rəng, qoxu, dad və s. keyfiyyətlər yaranır. Demokritdən fərqli olaraq Lukretsi onla-
rı obyektiv keyfiyyətlər hesab edirdi. Lukretsiyə görə, dünya daim yeniləşir, təbiət
bir yerdə dayanmayıb inkişaf edir; ayrı-ayrı cisimlər, şeylər meydana gəlir və yox
olur, materiya isə məhv olmur, materiyadan heç bir şey nə ayrıla bilər, nə də
əlavə
oluna bilər. Lukretsi bununla materiyanın saxlanmasını, itməməsini zənn etmişdir.
O belə hesab edirdi ki, məkan və zaman obyektiv olaraq mövcuddurlar və şeylərlə
qırılmaz surətdə bağlıdırlar. Məkan atomların, şeylərin tutduğu yerdir. Kainat son-
suzdur və onun heç bir istiqamətdə hüdudu yoxdur. Lukretsinin fikrincə,
zaman
atomların özünə deyil, onların təşkil etdiyi şeylərə, təbiət hadisələrinə xasdır. Luk-
retsiya görə, ruh bədəndən ayrılmazdır; bədən ruhsuz hiss edə bilməz, ruh da bə-
dənsiz heç bir fəaliyyət göstərə bilməz. Bədənin ölməsi ilə birlikdə ruh da ölür. La-
kin Lukretsidə də ruhun, şüurun materiya ilə eyniləşdirilməsini görürük.
Lukretsi "Şeylərin təbiəti haqqında" əsərində atomist materializmin idrak nəzə-
riyyəsini daha da təkmilləşdirmişdir. Onun fıkrincə, idrakın məqsədi şeylərin təbiə-
tini aşkara çıxarmaqdan və insanları mövhumat buxovlarından, dünya haqqında di-
ni təsəvvürlərdən xilas etməkdən ibarətdir. Xarici aləmi insan biliklərinin mənbəyi
hesab edən Lukretsi Demokritin və Epikürün ardınca
idrak prosesinin sadəlövh -
materialist mənzərəsini belə təsvir etmişdir: İnsanı əhatə edən mühitdə şeylərin sət-
hindən havaya şeylərin özünə oxşar zərif surətlər, obrazlar uçurlar. Bu obrazlar hiss
58
üzvlərinə təsir edib insanda görmə, eşitmə, dadbilmə duyğuları yaradırlar. Lukretsi
iqrar edirdi ki, duyğu bizə şeylər haqqında doğru məlumatlar verərək idrakımızın
əsasını təşkil edir və həqiqət haqqında anlayışlar yaradır.
Hiss üzvlərinin verdiyi
məlumatlara əsasən zəka fəaliyyət göstərir və müşahidə olunan şeylərin və hadisə-
lərin həqiqi xarakterini müəyyən edir. Əgər duyğuların verdiyi məlumatlar doğru
olmasa, onda zəkanın çıxardığı nəticələr də yanlış olar. Bu isə insanın, onu əhatə
edən mühitə uyğunlaşmasını və yaşamasını çətinləşdirər.
Antik Romanın mühum fəlsəfi təlimlərindən biri də
Dostları ilə paylaş: