51
O yazırdı ki, "kosmos ruhu və əqli olan canlı varlıqdır, o, Allah tərəfindən yaradıl-
mışdır".
Platonun sosioloji baxışları, dövlətin meydana gəlməsi haqqındakı fikirləri də
xüsusi maraq doğurur. Onun fikrincə, insanlar öz ehtiyaclarını ödəyə bilmədikləri
üçün dövləti yaradırlar. O belə hesab edirdi ki, "ideal dövlət" 3 sosial qrupun birli-
yindən meydana gəlir:
1. İdarə edənlər - filosoflar;
2.
Ölkəni qoruyanlar, onun təhlükəsizliyini təmin edənlər - əsgərlər;
3. İstehsalçılar
- əkinçilər və sənətkarlar;
Platon "ideal dövlətin" idarə formalarını 2 yerə bölür:
1.
Münasib dövlət forması. Burada Platon aristokratik respublikanı nəzərdə
tutur. O, monarxiyanın əleyhinə olmuşdur.
2.
Reqressiv – tənəzzülə uğrayan dövlət forması. Bu hərbi qüvvəyə əsaslanan
bir neçə şəxsin hakimiyyətidir. Belə hakimiyyət forması demokratiya adlanır. Qə-
dim Yunanıstanda demokratiya idarə forması eramızdan
əvvəl V və VI əsrlərdə
Sparta dövlətində olmuşdur.
Demokratiyadan bir qədər aşağı olan dövlət formasını Platon oliqarxiya adlan-
dırır. Bu ticarətçilərə arxalanan bir neçə şəxsin hakimiyyətidir. O, demokratik döv-
lət formasının əleyhinə olmuş, onu qara camaatın, qədirbilməz xalqın, qaniçən za-
lımların hakimiyyəti hesab edirdi.
Platon fəlsəfəsi idealist əsaslar üzərində qurulsa da bəşər fikrinin inkişafı tari-
xində az rol oynamamışdır.
Dostları ilə paylaş: