§ 4. Klassik dövr yunan fəlsəfəsi E.ə. V əsrin ikinci yarısında Yunanıstanın böyük şəhərlərinin içərisində aparıcı
rol Afina şəhərinə məxsus idi. Afinanın iqtisadi, siyasi, mədəni həyatında baş ver-
miş əhəmiyyətli dəyişikliklər, böyük uğurlar
Periklin adı ilə bağlı idi. Quldarlıq
demokratiyası azad vətəndaşların da polisin-dövlətin işlərində iştirak etməsinə im-
kan verirdi.
Belə bir şəraitdə fəlsəfənin, təbiət elmlərinin və natiqlik mədəniyyətinin inkişa-
fı üçün geniş imkanlar yarandı, professional müəllimlər meydana gəldi, elmin müx-
təlif sahələri üzrə kadrlar hazırlanmağa başlandı. Bu zaman təbiət elmlərini yaxşı
bilən müdriklər-filosoflar yetişdi. Bu müdriklərə
sofistlər deyirdilər. (Sofist - yu-
nanca "sofos" sözündən olub, mənası müdrik deməkdir). Onlar bütöv fəlsəfi sistem
yaratmağa cəhd göstərmir, mübahisələr, müsahibələr zamanı əldə olunan biliklərə
üstünlük verir, ona görə də məntiqə, natiqlik məharətinə xüsusi diqqət yetirirdilər.
Tarixən soflstlərin "yaşlı" və "cavan" nəsillərindən danışmaq olar. Onların
"yaşlı nəslindən"
Georgi, Protaqor və Antifontun adlarını çəkmək olar.
Georgi (e.ə. 483-373) Empedoklun tələbəsi olmuş, Eley məktəbi nümayəndə-
lərinin, Demokritin təliminə xüsusi diqqət yetirmiş, relyativizm mövqələrindən çı-
xış etmişdir, (relyativizm - insan idrakının nisbiliyini, şərtiliyini, subyektivliyini iq-
rar edən fəlsəfi konsepsiyadır). Georginin relyativizmi skeptisizm ilə tamamlanır
(skeptisizm obyektiv gerçəkliyin dərk edilməsi imkanlarına şübhə edən fəlsəfi kon-
sepsiyadır). Bu konsepsiya relyativizmə yaxındır. Georgi fəlsəfi düşüncələrini izah
etmək iiçün üç tezis irəli sürmüşdü:
birinci, heç bir şey mövcud deyildir;
ikinci, nəsə bir şey mövcuddursa da, onu dərk etmək imkan xaricindədir;
üçüncü, əgər o
şeyi dərk etmək mümkün olsa belə, onu başqasının nəzərinə çatdırmaq və ya izah
etmək mümkün deyildir.
Georgi natiqlik mədəniyyətinə və onun
nəzəriyyəsinə diqqət yetirir sözün din-
ləyicilərə təsirinə xüsusi əhəmiyyət verirdi. O, nitqi
insanın ən yaxşı silahı və tək-
mil aləti hesab edirdi.
Sofistlərin "yaşlı" nəslinin digər nümayəndəsi Protaqor idi.
Protaqor (e.ə.
481-411) Demokritin tələbəsi olmuş, onun əsərlərində sofistlərin materialist
ən"ənələri öz əksini tapmışdır. Protaqor "Allahlar haqqında" traktatında yazırdı ki,
"allahlar haqqında heç
bir şey deyə bilmərəm. Onların mövcud olub-olmamaları
haqqında qəti fikir söyləyə bilmərəm". Deyilənlərə görə, o,
allahsızlıqda günahlan-
49
dırıldığına görə Afinanı tərk etməyə məcbur olmuşdur. O belə hesab edirdi ki, "in-
san hər şeyin ölçüsüdür".
Sofistlərin "cavan" nəslinin nümayəndələrindən