44
pağa qayıdır". O, insanın mənşəyini belə izah, edirdi: "Biz hamımız torpaqdan, su-
dan doğulmuşuq".
Eley məktəbinin
digər nümayəndəsi
Parmenid
idi. Parmenid
(e.ə. 540-470)
Anaksimandr və Ksenofanın tələbəsi olmuşdur. Fəlsəfi baxışları ilə daha çox Kse-
nofana yaxmdır. Parmenid fəlsəfi düşüncülərini "Təbiət haqqında" əsərində şərh et-
mişdir. Onun fəlsəfəsinin mahiyyətini varlıq haqqında lə"lim təşkil edir. Parmenid
iqrar edirdi ki, varlıq təkcədir, dünyada ondan başqası yoxdur. Varlıq olmayan şey
mövcud deyildir. O, varlığın hər hansısa bir qüvvə tərəfindən yaradıldığını
inkar
edir və onun əbədiliyini təsdiqləyirdi. Bu onu göstərir ki,
Parmenid materializmə
meyl göstərirdi. O, varlıq haqqında danışanda həm, də deyirdi ki, varlıq dəyişməz-
dir, sükunətdədir. Parmenid varlığın hərəkət və inkişafını tamamilə inkar edərək
göstərirdi ki dünyada mövcud olan nə varsa, hamısı varlıqdır, varlıq məkanı tama-
milə doldurduğu üçün hərəkət mümkün deyildir. "Təbiət haqqında" əsərinin əvvə-
lində o yazırdı: "Var
olan o şeydir ki, o, olmaya bilməz, yəni bu varlıqdır".
Parmenidin idrak haqqında təlimi də maraqlıdır. O belə hesab edirdi ki, insan-
lar hissi idrak vasitəsilə predmetlər, şeylər haqqında fikir, rəy, mülahizə yaradır, la-
kin varlığın əsl mahiyyətini dərk edə bilmirlər. Onlar cisim və hadisələrin mahiyyə-
tini rasional idrak vasitəsilə öyrənirlər. Parmenid yanlış olaraq idrakın bu iki pillə-
sini bir-birindən təcrid edirdi.
Eley məktəbinin digər görkəmli
nümayəndələrindən biri də
Zenon
(e.ə. 490-
430) idi. Parmenidin görkəmli tələbəsi Zenonun fəlsəfi fikrin inkişaf tarixində rolu
az olmamışdır. O, varlığın vəhdəti və bütövlüyü fikrini qəbul edir, lakin onun də-
yişkənliyi prinsipini rədd edirdi. Zenonun fikrincə, təbiətdə hər şey istidən, soyuq-
dan, qurudan, rütubətdən və onların bir-birinə qarşılıqlı surətdə keçməsindən əmələ
gəlir. O qeyd edirdi ki, "insanlar torpaqdan əmələ gəlmiş, onların ruhu isə yuxarıda
göstərilən elementlərin qarışığından yaranmışdır". Zenonun fikrincə, hər şeyin baş-
lanğıcı olan varlıq təkdir, hərəkətsizdir. O, hiss üzvləri vasitəsilə deyil, əql vasitəsi-
lə dərk olunur. Onun fikrincə, hissi idrak həll edilməz ziddiyyətlərə aparıb çıxarır,
buna görə də onun vasitəsilə gerçəkliyi dərk etmək mümkün deyil. Zenon bu zid-
diyyətləri aporiyalar adlandırırdı.
Zenon dialektikanın banisi olmuşdur. Onun dialektik metodunu "əksindən is-
bat" riyaziyyat metodu ilə müqayisə etmək olar. Zenon Parmenidin əleyhdarlarının
tezislərini şərti olaraq qəbul edir, lakin sonra sübut edir ki, həmin tezislərin qəbul
edilməsi labüd olaraq ziddiyyətlərə gətirib çıxarır. Beləliklə, o, həmin müddəaların
yalan olmasını əsaslandırır. Hərəkətin mümkünsüzlüyü haqqında Zenonun mühaki-
mələrini çətin həll edilə bilən problemlər mənasında aporiyalar adlandırmaq qəbul
edilmişdir, hərcənd, o, özü həmin anlayışı işlətməmişdir. Zenon bir necə bu cür
aporiya yaratmışdır: "Dixptomiya", "Axilles", "Uçan ox", "Mərhələlər".
Dostları ilə paylaş: