42
görürdülər.
Milet məktəbinin əsasını
Fales
(e.ə. 640-562) qoymuşdur. O, fəlsəfədən başqa,
astronomiya, həndəsə, riyaziyyatla da məşğul olmuş, öz müşahidələrinə əsaslana-
raq 28 may 585-ci ildə Günəşin tutulacağını əvvəlcədən xəbər vermişdi.
Fales hər şeyin əsasını suda görürdü. O belə hesab edirdi ki, bütün mövcudat
sudan yaranır, istər üzvi və istərsə də qeyri-üzvü aləmi sudan kənarda təsəvvür et-
mək mümkün deyil.
Fales deyirdi ki, bütün heyvanların başlanğıcı spermadır, to-
xumdur, o da ki, mayedir; bitkilər rütubətdən qidalanır, su ilə meyvə verirlər, susuz
məhv olurlar; Günəş də, ulduzlar da suyun buxarlandan qidalanırlar. Deməli, hər
şey sudan yaranır. Fales belə hesab edirdi ki, suyun özündə inkişaf imkanları var-
dır. Dünyada hər şey suyun qatılaşması və parçalanması nəticəsində meydana gəlir.
Milet məktəbinin ikinci ən böyük nümayəndəsi
Anaksimandr
(e.ə. 611-546)
idi. Anaksimandr Falesin tələbəsi olmuş, sadəlövh materializmə meyl etmiş, fəlsəfə
ilə yanaşı
təbiət elmləri, xüsusilə də astronomiya ilə məşğul olmuşdur. Anaksi-
mandrda heliosentrik baxışların rüşeyminə rast gəlirik.
O deyirdi ki, Yer daimi,
əbədi fırlanma hərəkətinə malikdir. İstinin, soyuğun mənbəyini bu hərəkətdə axtar-
maq lazımdır.
Anaksimandr ilkin başlanğıcı, dünyanın əsasını təşkil konkret forması olmayan
"Apeyron" adlandırılan substansiyada görür, onu əbədi, sonsuz varlıq hesab edirdi.
O, Milet məktəbinin sadəlövh materialist ənənələrini davam etdirmiş və bəzi dia-
lektik fikirlər də söyləmişdir.
Milet məktəbinin
üçüncü görkəmli nümayəndəsi
Dostları ilə paylaş: