41
mifoloji xüsusiyyətlərin tənqidi, sadəlövh naturalist-materialist meylin güclənməsi,
həqiqətə can atması ilə səciyyələnmiş, inama əsaslanan dini-mifoloji baxışlardan
fərqlənmişdi.
Antik
dövrdə həm
idealist
təlimlər, həm də
materialist
məktəblər
fəaliyyət
göstərmişlər. Bu dövrün filosofları obyektiv idealizm, sadəlövh materializm və kor-
təbii dialektika mövqelərindən çıxış etmişlər.
İlk yunan filosoflarının sələfləri
əfsanəvi şair və mütəfəkkir
Orfey, Homer,
Hesiod, Ferikid
və başqaları olmuşlar.
Antik fəlsəfənin inkişafı aşağıdakı dörd əsas mərhələdən keçmişdir:
Birinci mərhələ
Sokrata qədərki mərhələ adlanır. Bu mərhələdə Yunan fəlsə-
fəsinin formalaşdığı dövrdən (e.ə.VII-VI əsrlər) onun inkişafında
kəskin dönüş
əmələ gələnə qədərki (e.ə.V-IV əsrlər) dövrü əhatə edir. Birinci mərhələdə Milet
məktəbi, Heraklit, Eley məktəbi, Pifaqor, Empedokl, Anaksaqor və Yunan atomist-
ləri fəaliyyət göstərmişlər.
İkinci mərhələ
Klassik mərhələ adı ilə məşhurdur. Bu mərhələ e.ə. V əsrin ya-
rısından başlanaraq e.ə. IV əsrə qədər davam etmişdir. Bu mərhələ, əsasən, Sokrat,
Platon və Aristotelin adı ilə bağlıdır.
Üçüncü mərhələ
Ellinizm mərhələsi adlanır. Makedoniyalı İsgəndərin (e.ə.
356-323) dövründə Asiya və Qara dəniz sahillərindəki mədəniyyət şərti olaraq "El-
linizm" mədəniyyəti adlanırdı. Bu mərhələ eramızdan əvvəl VI əsrin axırından II
əsrə qədər olan dövrü əhatə edir. Bu dövrdə klassik mərhələdən fərqli olaraq xeyli
fəlsəfi sistemlər və məktəblər meydana gəlir. Özü də bunlar Platon və Aristotel fəl-
səfəsinin təsiri altında yaranırdı.
Dostları ilə paylaş: