43
təsi ilə baş verir. Loqos əbədidir, ümumidir və zəruridir. Loqos əksliklərin mübari-
zəsidir. Heraklit sübut etməyə çalışırdı ki, əksliklərin mübarizəsi bütün mövcuda-
tın, hərəkətin və inkişafin mənbəyidir. O yazırdı: "Hər şey mübarizə vasitəsi ilə, zə-
rurətdən baş verir". Heraklit öz sələflərindən irəliyə gedərək hərəkətin mənbəyini
müəyyən etdi. O, hərəkəti əksliklərin mübarizəsinin doğurduğu qanunauyğun pro-
ses kimi başa düşürdü. Bütün bunlar onu dialektikanın banilərindən biri hesab et-
məyə tam əsas verir. Heraklit öyrədirdi ki, "təbiət əbədi dəyişmə prosesindədir, hər
şey axır, hər şey dəyişir, Kainatda hərəkətsiz heç bir şey yoxdur". Filosofun fikrin-
cə, "eyni bir çaya iki dəfə girmək olmaz". O, təbiətdəki inkişafı, dəyişməni hadisə-
lərin öz əksliyinə keçməsi kimi başa düşürdü. Əksliklər biri digərindən ayrılıqda
mövcud olmur. Məsələn, hissə bütövsüz, düz əyrisiz, qara ağsız, soyuq istisiz, bö-
yük kiçiksiz, mənfi müsbətsiz, gözəl çirkinsiz, mövcud ola bilməz. Hər cür inkişaf
əksliklərin mübarizəsi vasitəsi ilə baş verir.
Heraklit dünyanın dərk edilməsi haqqında da maraqlı mühakimələr yürütmüş-
dür. Onun fikrincə, dünya dərk olunandır. Dünyanın dərk olunması hiss üzvlərinin
və təfəkkürün vasitəsilə həyata keçirilir. Heraklit qeyd edirdi ki, idrak hissi qavra-
yışdan başlanır. Hiss üzvləri, tək-tək şeylər haqqında məlumat verir. O, idrakda tə-
fəkkürə mühüm əhəmiyyət verərək deyirdi ki, Loqos -təbiət ən ümumi qanunauy-
ğunluğu kimi insanın təfəkkür fəaliyyəti ilə həyata keçirilir. O yazırdı: "Təfəkkür
böyük ləyaqətdir, müdriklik məhz ondan ibarətdir ki, həqiqəti söyləyəsən və təbiətə
qulaq asaraq, onunla düzgün rəftar edəsən". Heraklitin fikrincə, idrakda əsas məq-
səd "Loqosu" dərk etməkdir. Loqos obyektiv xarakterə malikdir. Bunlarla birlikdə
Heraklit dialektikasının və materializminin bir sıra məhdud cəhətləri lə var idi.
Onun dialektikası kortəbii, materializmi isə sadəlövh xarakter daşıyırdı.
Dostları ilə paylaş: