39
əhəmiyyət daşıyan təqvimlər tərtib olunurdu. Sonralar in-yan məktəbinin ideyaları
yeni konfutsiçilikdə və dini daosizimdə geniş istifadə olunmuşdur.
İn-yan tszyanın mərkəzi konsepsiyasını İn-Yan qüvvələrinin dualizminin uni-
versallığı və onların yaratdığı Beş Elementin – Metal, Ağac, Su, Od və Torpağın
qarşılıqlı tsiklik əlaqələri təşkil edir. Bu konsepsiyada Dünyanın bütün inkişafı nə-
zərdən keçirilirdi. Şeylərin və hadisələrin məkan, zaman və digər xarakteristikaları
5 qrupda birləşdirilir və müvafiq elementlərlə nisbətdə götürülür, beləliklə, bütünü
dünya harmoniyada təsvir edilirdi. Əgər bu qrupların hər hansı birində pozulma baş
verirdisə, dünyanın bütün mexanizmi disharmoniya vəziyyətinə düşmüş olurdu.
Göründüyü kimi, Çin fikrinin yüz məktəbindən üçünün konsepsiyası– dao-
sizm, konfutsiçilik və Mo– tszının nəzəri– idraki konsepsiyası üstünlük təşkil et-
mişdir. Indi isə onlara əsasən Çin fəlsəfəsinin aşağıdakı xüsusiyyətlərini göstərə bi-
lərik.
1. Çin fəlsəfəsində qnoseloji və məntiqi problemlər başlıca olaraq sadəlövh na-
turalizm mövqeyindən nəzərdən keçirilirdi. Ideal və transendental haqqındakı tə-
səvvürlər çox zəif inkişaf etmişdir. Bu da, öz növbəsində müstəqil elm kimi formal
məntiqin və dialektikanın inkişafına mane olurdu. Çin filosofları «ziddiyyət» anla-
yışını (onsuz dialektika mümkün deyildir.) demək olar ki, işlətmirdilər. Doğrudur
onlar əkslik anlayışını işlədirdilər. Məsələn, ortalıq təlimində «xeyir v şəri» fərq-
ləndirməkdən söhbət açılmışdı. Həyatın məqsədi– qəlbin vəzifəsidir. Qəlbin vəzifə-
si və məqsədi biliyin köməyi ilə əldə edilir; biliyin əldə edilməsi nəticəsində xeyir
və şəri fərqləndirmək, onun mahiyyətini başa düşmək mümkün olur.
2. Çin filosoflarının fəlsəfi terminlərdən
Dostları ilə paylaş: