Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə33/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   307
333 felsefe muhazireler toplusu eyani

«qızıl orta haqqında» 
təlimin mə-
nasını belə izah edirdilər: həyatın məqsədi – şeylərin mahiyyətini bilməkdir; şeylə-
rin mahiyyətini yalnız biliyin köməyi ilə anlamaq mümkündür; bilik də öz növbə-
sində qəlbin təbiətini dəyişdirməyə və bədəni təkmilləşdirməyə kömək edə bilər. 
Biliyin əsasında «səma əqlinin» – qanunun dərk edilməsi durur. Əql – səma qanu-
nunu öyrədir ki, yalnız iki şey var: bunlar yalan və doğru olandır. Kim həqiqətə 
qulluq edirsə, xeyirxahlıq yaradır. Kim yalana qulluq edirsə, şər yaradır. Valideyin-
lərə xidmət– onlara hörmətlə bağlıdır. Ağaya xidmət– ona sədaqətlə bağlıdır. Hər 
cür xidmət həqiqətin və yalanın fərqləndirilməsinin, həqiqətin seçilməsi isə onun 
əməllərə çevrilməsini tələb edir. 
Beləliklə, qədim Çin fəlsəfəsinin iki– konfutsiçi və daosizm konsepsiyalarını 
nəzərdən keçirdik. Konfutsiçi konsepsiya insanla sosium, müəyyən qaydaların (Li) 
qoruması ilə bağlı harmoniya etikasına əsaslanır. Daosizm konsepsiyası isə insanla 
kosmosun harmonizasiyası ideyasını irəli sürür. «Çjuan– tszı» adlı qədim traktatda 
deyilir: Konfutsi təsdiq edirdi ki, o, «insanda səyahət edir», daoistlər isə deyirdilər 
ki, onlar «insandan kənarda səyahət edir».
Belə nəticəyə gəlmək olar ki, konfutsiçilik Çin ənənəsinə, daosizm isə dünya 
fəlsəfəsinə mənsubdur. Daoistlərin sosiumdan kənara– kosmosa çıxmaq cəhdləri 
şəxsiyyətin «yer» dairəsindən, qapalılıqdan və dövlətçilikdən ümumibəşəriliyə çı-
xışı bildirir. Bütün zamanlarda insana ümumbəşəri keyfiyyətlər xas olmuşdur. Nəti-
cədə insanın özünü mikrokosmos– kosmosun təbii elementi hesab etməsi mümkün-
lüyü irəli sürülmüşdür.
Moizm.
Qədim Çin fəlsəfəsində Mo – tszının (e.ə. 479– 400– cü illər) idrak 
nəzəriyyəsi mühüm yer tutur. Məsələ burasındadır ki, qədim Çində rəqabət aparan 
«yüz məktəbdən» biri də Mo–tszının fəlsəfi məktəbi olmuşdur. Bu məktəb nəzəri– 
idraki problemlərin tədqiqində mühüm rol oynamışdır. Məktəbdə öyrənilən əsas 
kateqoriyalar: varlıq, məkan, zaman, keyfiyyət, səbəbiyyət və s. idi.
Moistlər belə hesab edirdilər ki, idrak prosesinə səbəbiyyət prosesinə yanaşılan 
kimi yanaşmaq lazımdır. Şeylərin oxşarlığı və fərqlərini və onların cinsə görə böl-
güsünü aşkar etmək zəruridir. Onlar biliyin həqiqiliyini yoxlamağın üç qaydasını 


37
təklif etmişlər. Birincisi, «əsas», daha dəqiq desək qədim müdrüklərin təcrübə və 
mühakimələri; ikincisi, «mənbə», yəni faktlar; üçüncüsü, «tətbiq edilmə», yəni 
praktiki faydasıdır.
Qeyd etmək lazımdır ki, Mo–tszı qədim Çinin körkəmli siyasi mütəfəkkiri ol-
muşdur. O, dövlətin mənşəyi və cəmiyyətin həyatında əməyin rolu haqqında dərin 
fikirlər söyləmişdir. O, konfutsiçiliyə, onun dövlət məmurlarının əbədiliyi ideyası-
na qarşı çıxış etmişdir. Mo– tszının etik– siyasi ideyaları 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin