35
idi. Konfutsiliyin əsas ehkamı əcdad kultu, əcdadlara ehtiram idi. Hər ailənin ob-
razlı əcdad məbədi vardı. Həmin məbəd qarşısında qurban kəsilir,
ibadət edilir,
ayinlər icra olunurdu.
Konfutsi təlimində biz başqa bir ənənəni müşahidə edirik. Konfutsiliyin məq-
sədi mövcud üsul - idarəni, quldarlıq münasibətlərini
qoruyub saxlamağa xidmət
olmuşdur.
Burada əyanlara hörmət, cəmiyyət içərisində subordinasiyanın
ciddi şəkildə
qorunması və digər etik normalara riayət edilməsi tələblərinə rast gəlmək mümkün-
dür. «Syao»– «valideynlərə hörmət», «di»– «böyük qardaşa hörmət», «çjun»– «öz
ağasına, hökmdara sədaqət» kimi kateqoriyalar konfutsi təlimində mühüm yer tu-
tur.
Bu cərəyana görə cəmiyyətdə «Jen» adlanan, Allah tərəfindən göndərilmiş qa-
nun fəaliyyət göstərir. Həmin qanunu yerinə yetirmək üçün hamı cəmiyyətdəki
davranış normalarına,
rəsmi qaydalara, adət-ənənələrə əməl etməlidir. Konfutsi
qeyd edirdi ki, cəmiyyətə ağıllı adamlar rəhbərlik etməli, möhkəm intizam olmalı,
«hakim-hakim,
tabe-tabe, ata-ata, oğul-ogul olrmalıdır».
Konfutsi təhsilə və tərbiyəyə böyük yer verirdi. Bununla yanaşı o, belə hesab
edirdi ki, əyanların nümayəndələri anadangəlmə hikmətə əsaslanan, ali bilik hesab
olunan müdrikliyə nail olmalıdırlar. «Səma hökmdarı» nı və ruhların mövcudluğu-
nu qəbul edən konfutsi taleyə inanır, daoistlərdən fərqli olaraq ənənəvi dini baxışla-
rı müdafiə edirdi. Bizim eradan əvvəl II əsrdə imperator U-dinin zamanında konfut-
siçilik qanuni qüvvəyə mindirilib, rəsmi Çin ideologiyası elan edilmişdir. Konfutsi
özü isə ilahiləşdirilmişdi. «Lunyuy»kitabında aşağıdakı anlayışlar verilir:
Dostları ilə paylaş: