Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə28/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   307
333 felsefe muhazireler toplusu eyani

Çarvaka-Lokayata.
Lokayata təlimi (ehtimal olunur ki, «lokayat» sözü «an-
caq bu dünya» deməkdir) dini-mistik axirət ehkamını qəbul etmir, xoşbəxtliyin bu 
dünyada yaradılması zərurətini təbliğ edirdi.
Çarvaka təliminə görə («çarvak» - qədim hind dilində «dörd söz», «dörd ma-
hiyyət» mənasını verir) bütün mövcudatın əsasında dörd ünsür - od, su, hava, tor-
paq durur. Varlıq bu ünsürlərin birləşməsindən meydana çıxır, parçalanmasından 
məhv olub gedir. Çarvaklar dünyanın maddi vəhdəti ideyasını təbliğ edir, materiya 
və şüurun bir-birindən asılı olmayan ilkin başlanğıc olmasını qəbul etmir, şüurun 
materiyadan əmələ gəldiyini söyləyirdilər. 
Çarvaklar şüuru bədənin əlamətlərindən biri hesab edirdilər. Qeyd olunurdu ki, 
insanın “Mən”inin mövcudluğu bədənsiz mümkün deyil. Doğrudan da, bizim tez-
tez işlətdiyimiz “Mən – karam”, “Mən – gözələm”, “Mən – xəstəyəm” ifadələri onu 
göstərir ki, “Mən” anlayışı ilə biz bədənin müəyyən əlamətlərini birləşdiririk. Çar-
vaklara görə insan öldükdə, onun bədəni ilə birlikdə şüur da yoxa çıxır. 
Lokayatların fikrinə görə, ayrılıqda, müstəqil şəkildə deyil, yalnız bədəndə 
mövcud ola bilər. 
Çarvaklar idrak nəzəriyyəsi və məntiq məsələləri ilə də məşğul olmuşlar. Dün-
yanın maddiliyini qəbul edən Çarvaklar göstərirdilər ki, biz onu hiss orqanları vasi-
təsilə hiss edirik. Həqiqəti dərk etməyin yeganə mənbəyi duyğu və qavrayışdır. 
Hiss olunmayan, qavranılmayan mövcud ola bilməz. Məntiqi nəticə həqiqəti dərk 
etməyin mənbəyi ola bilməz. Çünki məntiqi nəticə özündə ümumi münasibətləri 
cəmləyir ki, o da hissi qavrayışın predmeti ola bilməz.
Beləliklə, gördüyümüz kimi, ilk dəfə qədim hindlilər sırf fəlsəfi məsələlərlə ar-
dıcıl şəkildə məşğul olaraq ilk fəlsəfi məktəb və cərəyanları yaratmış, fəlsəfi dün-
yagörüşünün müxtəlif problemlərini araşdırmışlar. Tədqiqatçıların əksəriyyətinin 
fikrincə, dünyada ilk fəlsəfi abidə hind Upanişadları olmuşdur. Sual oluna bilər, nə-
yə görə dünya fəlsəfəsinin tarixini hind fəlsəfəsindən başlamaq lazımdır? Hər şey-


33
dən əvvəl, ona görə ki, Hindistan ən qədim mədəniyyət ölkəsidir. İkincisi, məsələ 
budur ki, Hindistan mədəniyyəti sırf, tipik Şərq mədəniyyətidir. Üçüncüsü, qədim 
dövrlərdə yalnız hinduslar müstəqil, ardıcıl fəlsəfə ilə məşğul olmuşlar.
Qədim Hindistan bərabərsizlik, quldarlıq və kasta sisteminin hökm sürdüyü cə-
miyyət olmuşdur. Aşağı kastadan olanlar ən murdar heyvandan belə aşağı səviyyə-
də qəbul edilmiş, insanın taleyi onun hansı kastada doğulmasından asılı olmuşdur. 
Lakin quldarlıq və bərabərsizlik ölkəsində eşidilməyən bir şey elan edilir: 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin