32
maqdır. Buddizm etikasına görə, insan əzabdan, iztirabdan o dünyada deyil, bu
dünyada xilas olmalıdır. Buna yalnız hər bir buddistin öz mövcudluğunun başlıca
məqsədinə– Nirvanaya (“yoxa çıxmaq”, “sönmək”) çatmaqla, yəni həyata bağlılıq-
dan tamamilə ayrılıb, ilahi ilə qovuşub əbədi səadətə nail olmaq və mütləq sakitlik
vəziyyətinə düşə bilməklə müyəssər olmaq olar.
Gündəlik həyatla əlaqədar nə varsa o buddizmdə iztirab hesab olunur. Iztirab
varlığın qanunudur. Buddizmdə fəlsəfi– nəzəri və mifoloji planda münasibətdə də
spesifiklik özünü göstərir. Abstrakt– nəzəri və mifopoetik təfəkkür arasındakı fərqi
görən buddist filosoflar da mifopoetik təfəkkürün vacibliyini inkar etməmişlər. Elə
buna görə də buddist fəlsəfəsinin və psixologiyasının nəzəri ideya və konsepsiyala-
rı mifoloji məzmunla zənginləşdirilmişdir. Digər tərəfdən, mifologiyanın bir sıra
xüsusiyyətləri bəzi nəzəri müddəaların simvolik təsvirində köməkçi rolunu oyna-
mağa əsas vermişdir. Buddizmdə ümumi dəyişkənlik haqqında, ruhun mövcudlu-
ğunun inkarı haqqında fikirlər fəlsəfi cəhətdən maraqlıdır. Bizim eranın əvvəllərin-
də hazırlanmış buddizm kitablarından olan «Dxammanada»da maraqlı fəlsəfi fikir-
lərə rast gəlmək mümkündür.
Dostları ilə paylaş: