28
Onda «fikir vardır».
Upanişadlar (hərfi tərcüməsi: müəllimin ayaqları
önündə oturmaq deməkdir,
ona gizli, müqəddəs bilik də deyirlər) hind mədəniyyətinin metafizik mərhələsinə
aiddir. Formasına görə Upanişadlar müəllimin şagirdlərlə dialoqudur. Orada ilk sə-
bəb, ilk başlanğıc problemi göstərir ki, onun vasitəsilə də təbiətin bütün hadisələri
və insanın mənşəyi izah olunur. Upanişadlarda əsas yeri varlığın ilk səbəbi və ilk
əsası kimi mənəvi başlanğıc brəhmən,
yaxud atman, nadir hallarda Puruşa haqqında
təlim tutur. Brəhmən və atman adətən sinonim kimi işlədilsə də, brəhmən çox vaxt
allahın hər yerdə olan ruhunu ifadə edir. Upanişadlardan başlayaraq brəhmən və at-
man bütün hind fəlsəfəsinin (hər şeydən əvvəl vedenta təliminin) mərkəzi anlayış-
larına çevrilir.
Brəhmən və atman Upanişadların müxtəlif mətnlərində
müxtəlif şəkildə şərh
olunur. Bəzilərində yaradıcı– allah və dünyanın hakimi, digərlərində panteist (dün-
yanın maddi ilk səbəbi ilə, yemək, nəfəs, ilk maddi element və s. ilə) ruhda dünya
ilə eyniləşdirilir. Brəhmən mənəvi mütləq və onun bütün təzahürlərinin, prosesləri-
nin daxili mahiyyəti kimi göstərilir. Upanişadın mərkəzi ideyası bu mənəvi mahiy-
yəti insanda və təbiətdə eyniləşdirməkdir.
Bir sıra mətnlərdə brəhmən– atmanın üçlü, triadik təbiəti təsdiq olunur. Digər
mətnlərdə isə real gerçəkliyin yaranmasının və sonralar məhv olmasının, brəhmən–
atmanda əriməsinin dövri olaraq tsiklik təkrarından söhbət açılır. Varlığın bu
tsiklik
simvolu adətən əbədi fırlanan təkər (çakra) obrazında çıxış edir. Dünya qanunauy-
ğunluğu prinsipi mənəvi– etik rəngə malik olan dharma konsepsiyası ilə ifadə olu-
nur. Upanişadın idrak nəzəriyyəsində mərkəzi məsələ biliyin iki– aşağı və ali növə
bölünməsi ilə səciyyələnir. Aşağı– empirik gerçəklik haqqında bilikdir (o
həqiqi
deyil, qırıq– kəsik, fraqmentardır). Ali isə– mənəvi mütləq biliyidir. Varlığın bü-
tövlüyü ilə qəbul edilməsidir. Ona nail olmaq mistik praktikanın, yoq praktikasının
köməyilə mümkündür. Yalnız bu bilik dünya üzərində ağalığa imkan verər.
Etika sahəsində Upanişadlarda dünyaya münasibətdə passiv– seyrçi mövqeyin
təbliği mühüm yer tutur. Ali xoşbəxtlik ruhun dün-yaya hər hansı bağlılıqdan xilas
olması (mokşa, mukta) kimi qiymətləndirilir. Lakin, eyni zamanda, fəal həyata ça-
ğırışlar da eşidilir. Upanişadlarda maddi və mənəvi dəyərlər arasında fərq qoyulur.
İlk dəfə olaraq Upanişadlarda ruhun köçürülməsi (keçməsi)
Dostları ilə paylaş: