25
Qədim sivilizasiya həmçinin Şumer-akkad mədəniyyətini əhatə edir. Şumer-
akkad mədəniyyəti bizim e.ə. IV minillikdə Dəclə və Fərat çaylarının arasında yer-
ləşən ərazidə yaranmışdır. Elə buna görə də ona İkiçayarası (yunanca Mesopotami-
ya) deyilir. Bizim e.ə. III minillikdən sonra şumerləri, akkadları, əmmariləri, elari-
ləri və digər xalqları birləşdirən Qədim Babilistan səltənəti yarandı. Babilistan bu
dövlətin paytaxtı elan edildi. Hammurapinin hökmranlığı dövründə (e.ə.1792-
1750) bu dövlət özünün ən yüksək zirvəsinə çatmışdı. Babilistanın ikinci çiçəklən-
mə dövrü Assurinin hakimiyyətə gəldiyi dövrə (e.ə.612-538) təsadüf edir. Bu za-
man onun ərazisi Misirdən İrana qədər olan ərazini əhatə edirdi. Bu dövlət tarixdə
Yeni Babilistan adlanır.
Qədim Babilistanda elm daha çox inkişaf etmişdir. Bunu bizim dövrümüzədək
gəlib çıxmış çoxlu gil lövhələr də sübut edir. Assuriya sultanı Aşşurbanipala məx-
sus kitabxanada 30 min belə lövhə saxlanılırdı. Riyaziyyat elminə aid yüzlərlə belə
lövhələrdə
vurma cədvəli, kvadrat tənliklər, kəsrlər, kvadrat və kub köklərinin çıxa-
rılması əks olunmuşdur. Şumerlər cəbrin və həndəsənin əsasını qoymuşlar, sonralar
«Pifoqor teoremi» bunun əsasında yaradılmışdır. Şumerlər onluq və altı onluq sis-
temini yaratmışlar. Bu günədək bütün dünya ondan istifadə edir: 1saat=60dəq.,
1dəq=60saniyyə. Gündəlik praktiki təcrübə, səma cisimlərin öyrənmək cəhdi Babi-
listanda astronomiyanın yaranmasına və inkişafına səbəb oldu.
Dünyada birinci
olaraq ulduzlu səmanın, ilk xəritəsini tərtib etmiş, Babilistan astronomu Selevveka
(e.ə.II əsr) dünyanın heleosentrik quruluşu haqqında məlumat vermişdir. Qədim
Babilistanda təbabət elmi də inkişaf etmişdir. Babil həkimləri hələ o dövrdə kata-
rakt adlı göz xəstəliyinin, soyuqdəymənin, zökəmin, sınığın, dəri şişinin müalicəsi-
ni bilirdilər. Onlar həmçinin ciyar, mədə-bağırsaq xəstəliklərini müəyyən etmişlər.
Şumer həkimlərinin təbabətə aid bir sıra vəsait və göstərişləri məlumdur. «Nippur
həkiminin arayış kitabçası''nda 15 müalicə qaydası verilmişdir. Şumerlərin bir neçə
müalicə reseptləri dövrümüzədək kəlib çıxmışdır. Şumer və akkad dillərində bir sı-
ra huquq qaydaları külliyyatı yaradılmışdır.
Şumer dastan və hekayələrində bir sıra fikirlərə rast gəlmək olar. Bu əsərlərdə
siyasət, cəmiyyət, əxlaq normaları və s. haqqında fikirlər söylənilir. Məsələn, «En-
merkar və Aratta (o zaman Çənubi Azərbaycan ərazisində gölünün
Y
axınlığındakı
dövlətdir) hökmdarı» dastanında tarixdə ilk dəfə olaraq siyasi konsensus təklifi ve-
rilir: yəni 1 Uruk sülaləsindən olan hökmdar Arattanı özünə
tabe
etmək tələbinə
qarşı Aratta hökmdarı münaqişəni sülh yolu
ilə həll
etmək təklifini verir və bu
Aratt hökmüdarının hazırcavablığı və dönməzliyi nəticəsində baş tutur. Başqa bir
hekayətdə "Müdrik Axikar haqqında" etik normalara aid yüzdən çox nəsihət verilir.
Məsələn, "Sirr açma. Sarayda eşitdiyin hər bir söz qoy sənin qəlbində çürüsün".
"Həddindən artıq şirin olma, yoxsa səni udarlar. Həddindən artıq acı da olma, yox-
sa səni atarlar". "Sakit danış, səsini ucaldıb səs-küylə danışma. Əgər səs-küylə ev
tikmək mümkün olsaydı, onda eşşək gündə ev tikərdi. Heç kəsə ayağını basmağa
imkan vermə, sonra boynuna minə bilər" və s.
Nippurlu yoxsulun nağılında isə cəmiyyətin sosial quruluşundan, onun təbəqə-
ləşməsi nəticəsində varlı və yoxsulların əmələ gəlməsindən söz açılır.
26
"Ağanın qul ilə söhbəti" hekayəsində isə əsas söhbət insan həyatının mənası ət-
rafında gedir. Burada hökmdarın qəzəbinə düçar olmuş qul sahibi öz qulu ilə həјa-
tın mənasızlığı haqqında söhbət edir: həyatda hər şey hökmdarın səxavətinə ümid
də, qadına məhəbbət də,
kef məclisi də, alıcənablıqda və nəhayət ölümdən
sonra
həyat
özü də boş, mənasız bir şeydir.
Qədim Şərqin incilərindən sayılan və dünјa qızıl fonduna daxil olan "Bilqamis
haqqında dastan" və јaxud hər şeyi bilən adamın dastanı Yaxın Şərqin dörd dilində:
yəni şumer, akkad, hurrit və het dilində 3500 il bundan əvvəl gil lövhələr üzərində
yazılmış və dövrümüzə qədər gəlib çatmışdır.
Bir sıra mənbələrə görə dastanın
qəhrəmanı Bilqamıs tarixi şəxsiyyət olmuş və eramızdan əvvəl 27-ci əsrin sonu,
26-cı əsrin əvvəllərində Şumerdə Uruk dövlətinə başçılıq
edən sülalənin beşinci
hökmdarı olmuşdur. Dastanda söhbət əsasən allahlarla mübarizədən və ölməzlik-
dən gedir. Hər cür mübarizələrdən sonra Bilqamısa aydın olur ki, əbədi həyat yox-
dur. Ölməzliyə insan yalnız
öz fəaliyyəti, əməlləri ilə çata bilər.
Ümumiyyətlə, belə bir nəticəyə gəlmək olar ki, dastanda ölüm və həyat möv-
zusuna fəlsəfi baxış əsas yer tutur. İnsan özünün ölümə məhkumluğunu, allahların
və dünyanın əbədiliyini dərk edir.
Dostları ilə paylaş: