tənqidi funksiyası da vardır. Belə ki, o bütün əvvəlki mədəni irsi,
mifoloji, dini təsəvvürləri, tarixi-fəlsəfi təlimləri tənqidi təhlil edib, yaradıcı qiy-
mətləndirməyə, mürəkkəb fəlsəfi problemlərin müasir həllini verməyə çalışmışdır.
Dünya haqqında yeni fəlsəfi baxışların hazırlanması prosesi, həmişə müxtəlif növ
yanılmaların, gerçəkliyin dərk edilməsindəki səhvlərin, dinin, mövhumatın və i.a.
tənqidi təhlili yolu ilə baş verir. Tənqidi fəlsəfi təfəkkürün məqsədi yeniliyə mane
olan hər şeyin - ehkamçılığın, köhnəlmiş baxışların, zərərli mənəvi stereotiplərin
tamamilə aradan qaldırılmasından ibarətdir. Fəlsəfənin bütün inkişafı tarixi köhnə-
liyə qarşı yeniliyin qələbəsi uğrunda necə mübarizə etdiyinə və özünün tənqidi
funksiyasını necə həyata keçirdiyinə dair zəngin nəzəri və konkret material verir.
ƏDƏBİYYAT 1.
Allahyarova T.
Sinergetika-I.Sinergetik ontologiya: Təbiətin vəhdətdə
özünütəşkili. Bakı, 2005
2.
Bağırov Z.
Fəlsəfə (sxemlərdə). Dərs vəsaiti. ( bakalavr hazırlığı üçün).
Bakı, 2009
3.
Fəlsəfə (Ali məktəblər üçün dərs vəsaiti). Bakı, 1999
4.
Fəlsəfə. Ensiklopedik lüğət. Bakı, 1997
5.
Fərhadoğlu M. Fəlsəfənin əsasları (dərs vəsaiti). Bakı, 2006
6.
Hacıyev Z. Fəlsəfə (Ali məktəblər üçün dərslik). Bakı, 2012
7.
İmanov H. Fəlsəfənin əsasları. Bakı, 2010
8.
Mehdiyev R. Fəlsəfə (Ali məktəblər üçün dərs vəsaiti). Bakı, 2010
9.
Nəzərova A. Fəlsəfə terminlərinin izahlı lüğəti. Bakı, 2014
10.
Paşayev V. Fəlsəfə. Bakı, 1999.
11.
Rüstəmov Y. Fəlsəfənin əsasları (dərs vəsaiti). Bakı, 2007
12.
Şükürov A. Fəlsəfə (Ali məktəblər üçün dərslik). Yenidən işlənmiş və tək-
milləşdirilmiş ikinci nəşri . Bakı, 2008
13.
Şükürov A.
Fəlsəfə - cəmiyyətdə onun yeri və rolu.