inteqrativ funksiyanı da ifadə edir. Ayrı-ayrı elmlərin nailiyyətlərini əla-
qələndirib onlardan düzgün elmi-fəlsəfi dünyagörüşü nəticələri çıxarmağa imkan
verir. Müxtəlif ictimai şüur formalarını əlaqələndirərək, qarşılıqlı zənginləşmə əsa-
sında fəlsəfə şəxsiyyətin dünyagörüşünün mənəvi, siyasi, estetik, hüquqi və s. əsas-
larını hazırlamaqla cəmiyyətdə maddi və mənəvinin qarşılıqlı münasibətinin rol və
əhəmiyyətini müəyyən edir.
Fəlsəfə - bəşər tarixini nəzəri ümumiləşdirdiyindən, müasir və gələcək insan
fəaliyyətini elmi cəhətdən əsaslandırdığından ümumbəşəri məzmun daşıyır. Fəlsəfə
- bəşəri dəyərlərə istinad edir və özü də bu dəyərlərin başlıca nümunələrindən biri-
dir. Lakin fəlsəfənin mahiyyətcə ümumbəşəri səciyyə daşıması, müəyyən konkret-
tarixi şəraitdə onun sinfi-siyasi məzmun kəsb etməsini də rədd etmir. Tarix sahə-
sində mübarizə aparan qüvvələr, xüsusilə XX əsrin sonlarında, inkişaf meyli seçər-
kən və bəşəri dəyərləri qiymətləndirərkən öz sosial-siyasi və iqtisadi mənafeləri ba-
xımından hərəkət edirlər. Bu baxımdan fəlsəfədə materializm və idealizm cərəyan-
larının, dialektik dayanmasını, fəlsəfi nəzəriyyələrin sosial istiqamət götürməsini
bir çoxları «fəlsəfənin partiyalılığı» anlayışı ilə ifadə etmişdir. Bunu, kobud məna-
da, bu və ya digər filosofun bu və ya digər partiyaya və sosial qruplaşmaya mənsub
olması kimi başa düşmək düzgün deyildir.
Fəlsəfənin partiyalılığı - fəlsəfi kon-
sepsiyanın sosial istıqamətlənməsi, müəyyən sinfin, millət və cəmiyyətin sosial-iq-
tisadi və siyasi mənafeyini əks etdirməsi, bəşəri sərvətləri (dəyərləri) qiymətləndir-
məsi və s. mənada başa düşülməlidir.
Fəlsəfə heç də təkcə keçmişə və indiyə deyil, həm də gələcəyə müraciət edir.
0, yeni-yeni nəzəri konstruksiyalar qurmağa, gələcək haqqında mükəmməl ideya və
prinsiplər müəyyən etməyə -
qabaqgörənliyə imkan verir. Qabaqgörənlik baxı-
mından fəlsəfi dünyagörüşü şəxsiyyətə sosial-siyasi hadisələrin inkişaf ehtimalını
düzgün qiymətləndirmək, inkişaf meylinin zəruri əlaqələrini tapmaq, aydın elmi
mövqedən çıxış etmək, dərin intuisiya, zəngin təfəkkür və boyük həyati təcrübə
əsasında hadisələri qabaqlamaq və gələcəyin modelini yaratmaq imkanı verir.
Məhz bu yolla şəxs inkişafın qanunauyğun, daxili, zəruri, mahiyyətli əlaqə və mü-
23
nasibətlərini dərk edir, ehtimallı proqnozlaşdırmalar aparır, ümumi hipotezlər, ehti-
mallar, nəzəriyyələr yaradır.
Fəlsəfənin