Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə26/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   307
333 felsefe muhazireler toplusu eyani

Mimansa və Vedanta. 
Mimansada əsas diqqət idrak və məntiq məsələlərinə 
veda ayinlərinin öyrənilməsinə yönəldilirdi.
 
Mimansaya görə bilik əldə etməyin 
əsas mənbəyi hissi qavrayışdır. Qavrayışın mənbəyi isə real obyektlərin əlamətləri-
dir. 
Vedantlar
 
üçün Vedlər misilsiz avtoritet olmuşdur. İdealist Vedanta təlimi Ba-
darayanın adı ilə bağlıdır. Vedant təsəvvürlərinə görə dünya həyat məktəbidir. Şa-
gird bütün hallarda müəllimin dediklərinə əməl etməlidir.
Vedanta təlimində Allah və ruh anlayışlarına ikili baxış mövcud olmuşdur. Ve-
dantlar bir tərəfdən belə hesab edirdilər ki, Allah və ruh tamam fərqli anlayışlardır; 
digər tərəfdən belə fikir mövcud idi ki, onlar vəhdətdədirlər. Birinci təlimi Madhva, 
ikincini isə Şankara (Şankaraçayra, VIII–IX əsrlər) müdafiə edirdi. 
Vedant fəlsəfəsinin ən böyük nümayəndəsi Şankaranın «Atmabadha» traktatın-
da vedant təliminin əsas prinsiplərini şərh edilmişdir. Burada brəhman atman subs-
tansiya kimi varlığın məcmusu kimi təsdiq edilir, cismani fiziki ruhla «ruhani ruh» 
arasındakı qarşılıqlı münasibət haqqında, həqiqi bilik haqqında, atmanlığın karma 
və sansaradan xilas olmağın yeganə yolu olması barədə danışılır.
Vedanta həmçinin maddi dünyanın illyuzorluğu (mayya) olması haqqında təli-
mi hazırlanmış və illyuzanın (mayya) real varlıqdan fərqləndirilməsi zərurətini 
qeyd etmişdir. Reallığın yeganə yolu həqiqi biliyə (brəhmənə) nail olmaqdır.
Qeyd edildiyi kimi Qədim Hindistanda qeyri-ortodoksal fəlsəfi məktəblər də 
mövcud olmuşdur.


31
Caynizm.
E. ə. VI əsrdə yaranmış caynizm fəlsəfi məktəbi «müdriklər» təlimi-
nin inkişafı nəticəsində əmələ gəlmişdir. Caynizmin əfsanəvi banisi Cina (sanskrit-
də– qalib) təxəllüsü olan Mahavira Vardhavana olmuşdur. Cina və onun ardıcılları 
haqqında əhvalatlar kanonik, caynist ədəbiyyatını (siddahanta) təşkil etmişdir. Cay-
nizmə görə Cina 5 həqiqəti təbliğ etmişdir: adam öldürməmək, yalan danışmamaq, 
oğurluq etməmək, dünyəvi şeylərə bağlanmamaq, bakirliyini, saxlamaq (rahiblər 
üçün).
Ümumiyyətlə, caynist fəlsəfəsinin əsas məzmunu onun etikası, yəni insanın 
ehtiraslardan azad olması təlimidir. Bir sözlə, caynizm etikası asketizm etikası idi.
Bilik geniş mənada başa düşülür. O, mənəvi müəllimlər tərəfindən verilir. Bi-
lik təkcə müəllimə qulaqasma deyil, həm də düzgün əxlaq, davranış və hərəkət tər-
zidir.
Dualist
xarakter daşıyan caynizm təlimində canlı (adciva) və cansız (civa) 
substansiyalar haqqında danışılır. Cansız aləm atomlardan ibarət olan materiyadır.
Varlıq probleminə gəldikdə, caynistlər, real olan çoxlu şeylərin mövcudluğu-
nu, onların bir tərəfdən daimi (substansional), digər tərəfdən isə keçici xassələrə 
malik olmasını qeyd edirdilər. Materiya elementlərə parçalanan və parçalanmayan 
elementlərin cəmləşməsi kimi başa düşülürdü. Materiyadan başqa cansız substansi-
yaya məkan, zaman, hərəkət və sabitlik şəraiti də aid edilirdi. 
Ruhun əsas əlamətini şüur hesab edən caynistlər müxtəlif ruhlarda şüurluluq 
səviyyəsinin fərqləndiyini göstərirdilər. Ruh bədənlə birləşməyə meyillidir. Ruhun 
asılılığının əsas səbəbi onun güclü arzusu və ya əzabıdır. Əzabın əsas səbəbi isə hə-
yati bilməməkdir. Caynizmin əsas məqsədi olan “qurtuluş” ruhun bədəndən tama-
milə ayrılmasına gətirib çıxarmalı idi ki, buna da asketizm vasitəsilə çatmaq olardı.

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin