Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə34/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   307
333 felsefe muhazireler toplusu eyani

on prinsipdə 
əks olun-
muşdur. Bunlar: «müdrikliyə hörmət», «birliyə hörmət», «ümumi məhəbbət və 
ümumi fayda», «səma iradəsi», və s. dir Mo– tszı «ümumi məhəbbət və ümumi 
fayda» prinsipinə mühüm əhəmiyyət verməklə fatalizmi inkar etmişdir. Burada isə 
prinsipcə yəqin ki, Çin praktisizminin mənbəyi hiss olunur. Bununla yanaşı, Mo– 
tezı ənənəvi səma və ruhlar kultu ilə əlaqəsini kəsməmişdir. Təsadüfi deyildir ki, on 
prinsipin tərkibində səma və ruhlar haqqında da fikirlər vardır. Filosof belə hesab 
edirdi ki, onlarda mənəvi qüvvə vardır və həmin qüvvə adamları «ümumi məhəbbət 
və ümumi fayda» prinsipinə riayət etməyə məcbur edir.
Mo– tszının və onun ardıcıllarının baxışlarını öyrənməyin əsas mənbəyi «Mo– 
tszı» adlı kitabdır. Mo– tszı cəmiyyətin və dövlətin inkişafını 3 fazaya ayırmışdır. 
Bunlar– «müdrikliyə hörmət» birliyə, vəhdətə hörmət və «ümumi məhəbbət və 
ümumi fayda»dır. Beləliklə, Mo– tszı təlimində şəxsi və dövlət etikası sıx surətdə 
əlaqələndirilmişdir. Şəxsi məhəbbətdən çox ictimai, yaxud «ümumi məhəbbət»ə 
eləcə də şəxsi faydadan çox ümumi faydaya üstünlük verilir. Bununla da Çin ənə-
nəsində fərdə nisbətən sosium üstünlük əldə etməyə başladı. Bu isə konfutsi təlimi-
nin tənqidi fonunda özünü daha aydın hiss etdirirdi. Özü də səmaya münasibət mə-
nəvi problem kimi saxlanılırdı. Mo– tszının fikrincə, səma və ruhlar kultu sosial 
ədalətin bərqərar olmasına şərait yaradır.
Qanun (Fa-tszya, yaxud legizm).
Legizm - qədim Çində konfusiançılıq dini-
fəlsəfi cərəyanına müxalif meydana çıxmışdı (latınca «legis» - «qanun» deməkdir). 
Legizm - cəmiyyəti, dövləti, insanı idarə etmək haqqında fəlsəfi, etik, sosioloji tə-
limdir. E.ə. VI-III əsrlərdə yayılmışdı. Nümayəndələri Quan Çjın, Şan Yan, Xan 
Vey və b. olnıuşlar. Legizmə görə cəmiyyət və dövlət idarəçiliyi, konfusiançılıqda-
kı kimi mənəvi, əxlaqi təkmilləşməyə deyil, «qanuna», intizama, siyasətə, fəlsəfi 
biliyə əsaslanmalıdır. Leqizmin əsas tələbləri bunlar idi: «hökmdar - qanunun yega-
nə yaradıcısıdır»; «hökmdar kütlələrin əhval-ruhiyyəsini, psixologiyasını bilməli, 
fəaliyyətində onları nəzərə almalıdır»; «hamı qanun qarşısında bərabər olmalıdır»; 
«əsas fəaliyyət metodu mükafat və cəzadan ibarət olmalıdır»; «nizami ordu dövlə-
tin dayağıdır» və s.

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin