Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Daosizm. Qədim Çin fəlsəfəsinin inkişafında  daosizm



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə30/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   307
333 felsefe muhazireler toplusu eyani

Daosizm.
Qədim Çin fəlsəfəsinin inkişafında 
daosizm
– Lao– tszı– nın dao– 
şeylərin yolu haqqında təlimi mühüm rol oynamışdır. E.ə. lV-III əsrlərdə meydana 


34
gələn bu təlim eramızın II əsrində dinə çevrilmişdir 
Lao– tszı 
(b. er. əv. VI əsrin ikinci yarısı və V əsrin birinci yarısı) daosizm fəl-
səfəsi məktəbinin banisi olmuşdur. Filosofun əsas ideyası odur ki, insanların və tə-
biətin həyatı «səma iradəsi» ilə idarə olunmur, müəyyən yolla– dao ilə getməkdə-
dir.
Dao
– şeylərin özünün təbii qanunudur. Həmin qanun Tsi (hava, efir) substansi-
yası ilə dünyanın əsasını təşkil edir. Lao– tszı («qoca müəllim») belə hesab edirdi 
ki, dünyada hər şey hərəkətdə və dəyişmədədir, hər şey mütəmadi olaraq dəyişir. 
Bu inkişafın necə getməsindən asılı olmayaraq ədalət təntənə çalır. Qanun belədir. 
Insan şeylərin təbii gedişinə qarışmamalıdır. Işə qarışmamaq, yaxud «hərəkətsiz-
lik» (u vey– gerçəkliyə seyrçi münasibət) dao– nun insana münasibətdə əsas tələb-
lərindən biridir. Bu, «təbiiliyə əməl edilməsi» deməkdir. Bu, adamların həm sosial, 
həm də fərdi fəaliyyətinə, həm də onların idraki fəaliyyət sahəsinə də aid edilir. 
Lao– tszının ideyaları təxminən b.er.əv. IV– III əsrə aid edilən «Dao– de tszin» ki-
tabında ifadə olunmuşdur. Kitabda aşağıdakı anlayışlar işlədilir:
De– daonun insanların davranışının, həmçinin şeylərdə predmetləşmiş konkret 
təzahürüdür.
Tsi– daonun predmetləşməsi nəticəsində yaranan xırda maddi hissəciklərdir. 
Yüngül, işıqlı tsi hissəcikləri kişi başlanğıcı– yan– ı yaradır, ağır, qaranlıq hissəcik-
lər isə qadın başlanğıcı in– i yaradır. Bu iki başlanğıcın çulğalaşması nəticəsində 
daoistlərin fikrincə dün-yada olan bütün şeylər yaranır. Öz inkişafında bir sıra tsikl-
ləri ke-çən «hər bir şey öz kökünə qayıdır, yəni ilkin hissəciklərə bölünür».
Jen– insansevərlik.
Li– ritual.
Daoistlərə görə, adamların ilkin təbiətlə vəhdətinə qayıdışı, sənətdə və əkinçi-
likdə əmək alətlərindən imtina edilməsi, mürəkkəb ictimai təşkilatlardan– dövlət-
dən, siniflərə bölgüdən, alimlər təbəqəsinin müdrikliyindən imtina onlara sakit
xoşbəxt həyat keçirməyə imkan verər. Lao– tszı sosial gərginliyin səbəbkarı kimi 
hakimiyyət hərisləri olan eqoist müdrikləri sayırdı. Onları adamların arasında çax-
naşma salan adlandıraraq müdriklərə hörmət olunmasından imtina etməyi məsləhət 
görürdü. O, müdriklərə hörmət edilməməsini xalqın itaətə gətirilməsinin yeganə 
şərti hesab edirdi.
Ümumiyyətlə, daosizmdə dialektik ideyalar, idrak təlimi, etik və sosial– siyasi 
baxışlar mühüm yer tutmuşdur.

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin