Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Jen  (hərfən: «insansevərlik»)– konfutsiçi etik kateqoriyasıdır.  Jen



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə32/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   307
333 felsefe muhazireler toplusu eyani

Jen 
(hərfən: «insansevərlik»)– konfutsiçi etik kateqoriyasıdır. 
Jen 
prinsipi bil-
dirir. «Özünə rəva görmədiyini, başqasına da rəva görmə.»
Li 
(hərfən: «seremonial», «ritual», «hörmət»)– konfutsiçi etikanın kateqoriyası 
olub, geniş qaydalar məcmusunu əhatə edərək hakimlər və təəbələr, bütün ictimai 
qruplar– təbəqə, nəsil, ailə və s. arasında, eləcə də ayrı– ayrı adamlar arasında mü-
nasibətləri nizamlamağı əks etdirmişdir.
Hindistanda vedizm hansı rolu oynayırdısa, Çin üçün də konfutsiçilik həmin 
əhəmiyyətə malik olmuşdur. O, mühüm ortodoksal (öz məsləkində ardıcıl və sabit 
olan) məktəb olmuşdur. Doğrudur Hindistanda çoxlu məktəb olsa da onlardan heç 
biri rəsmən prioritet məktəb hesab olunmamışdır. Çində isə əksinə, konfutsiçilik 
(b.er. əv. II əsrdə) rəsmi dövlət ideologiyası statusu əldə etmiş və onu yeni dövrə 
qədər saxlaya bilmişdir.
Konfutsiçiliyin əsas müddəaları aşağıdakılardır:
1. Konfutsi baxışlarının əsasında Səma haqqında (
«Tyan»
) ənənəvi dini təsəv-
vürlər dururdu. Bu böyük başlanğıc, ali allah öz iradəsini insana diqtə edirdi. Sə-
ma– ümumi əcdaddır və baş hakimdir, dünyaya insan nəslini gətirərək ona həyati 
qaydalar bəxş edir.
2. Tyan kultu konfutsinin sosial təlimi ilə əlaqədar idi. Burada hər kəsin öz işi-
ni görməsi və subordinasiyaya uyğun olaraq hərəkəti nəzərdə tutulurdu.
3. Daosizmdən fərqli olaraq konfutsiçilikdə rituala, etiketə, yazılmayan qayda-


36
lara üstünlük verilir. Buna müvafiq olaraq Li– yə riayət edən «xeyirxah insan» haq-
qında təlim mövcud olmuşdur. «Xeyirxah insan», hər şeydən əvvəl, qanunları poz-
mamaq haqqında düşünür, o, ritualın tələblərinə riayət etməyə borcludur. Bu isə 
özündə bir çox əxlaqi qaydalara riayət edilməsini birləşdirir. 
Li– 
şeylərin qoyulmuş 
qaydasıdır.
4. Konfutsi həm də pedoqoq olmuşdur. Onun təlimində pedoqoqika, tərbiyə 
problemləri mühüm yer tutmuşdur. Burada qədim Çin ənənələrinin öyrənilməsinə 
diqqət yetirilmişdir.
Konfutsiçilik özünün «qızıl orta və ya qızıl mərkəz» (çjun-yun) nəzəriyyəsi ilə 
məşhurdur. Bu, insanların öz davranışlarında səbirsizlik və ehtiyat arasında orta 
mövqe tapmasındadır. Çünki insanlar həddən artıq səbirsiz və ya həddən artıq ehti-
yatlı olurlar. 
«Qızıl orta» nəzəriyyəsi sonralar Konfutsinin ardıcılları tərəfindən inkişaf etdi-
rilmişdir. Məsələn, XII əsrdə Yeni konfutsiçilər 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin