Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


«hər şey  birdir. Bütün varlıqlar Yeganənin təzahürüdür»



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə29/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   307
333 felsefe muhazireler toplusu eyani

«hər şey 
birdir. Bütün varlıqlar Yeganənin təzahürüdür». 
Hər şey birdir–bu, fəlsəfədə ilk söz idi ki, bəşəriyyətə onun birliyi, vahidli-
yi, azadlığı elan olunurdu. 
Bu ümumbirliyin elan edilməsi ideyası insaniyyətçili-
yin başlanğıcı idi. Hər bir insan hətta allahın köməyi olmadan hər şey edə bilər. 
Qeyd etmək lazımdır ki, heç bir fəlsəfə Qərb dünyasına Hind fəlsəfəsi qədər təsir 
göstərməmişdir. Bu, təkcə ekzotika deyil, insanın yaşaması üçün müalicə resepti-
dir. Təsadüfi deyildir ki, çox vaxt görkəmli alim və yazıçılar hind xalqını filosof 
xalq adlandırmışdır.
Çin fəlsəfəsi. 
Qədim Çində, xüsusilə quldarlıq cəmiyyətinin formalaşdığı 
dövrdə (e.ə. VIII–VI əsrlərdə) ideologiyada iki tendensiya hökm sürürdü. Bunlar 
mühafizəkar və mütərəqqi, mistik və materialist xətlər idi. Bu iki tendensiya arasın-
da gedən mübarizə gedişində 5 dünya elementi (metal, ağac, su, od, torpaq) haqqın-
da sadəlövh materialist ideyalar getdikcə daha geniş şəkildə yayılırdı. Həmin dövr-
də, eyni zamanda iki zidd başlanğıclar (in və yan), təbii qanun (dao) və. s. haqqında 
II– I minilliklərin mövcud biliklərinin ümumiləşdirilməsi nəticəsi kimi təsəvvürlər 
geniş yayılmışdır.
Ümumiyyətlə, Çində fəlsəfi cərəyanların formalaşması e.ə. VI–V əsrlərə 
aiddir. Onlar Çin milli xarakterinin və sosial praktikanın bütün spesifikasını özündə 
əks etdirirdi. Çin fəlsəfəsi millətin patriarxal cizgilərini və praktikanın konkret – 
əməli oriyentasiyasını təzahür etdirirdi. Çin fəlsəfəsində Qədim Hindistana və digər 
ölkələrə xas olan zəngin mifoloji zəmin yox dərəcəsindədir. Çin fəlsəfəsi əsas eti-
barilə praqmatikdir və axirət dünyasına deyil, bu günkü günün praktikasına müraci-
ət etməsi ilə fərqlənir.
Q
ə
dim Çin f
ə
ls
ə
f
ə
sinin m
ə
nb
ə
l
ə
rini ilk Çin yaz
ı
l
ı
 abid
ə
l
ə
ri, xüsusil
ə
m
əş
hur 
«D
ə
yi
ş
iklikl
ə
r kitab
ı
» («Li tszin») v
ə
 ona olan 
şə
rhl
ə
rd
ə
 axtarmaq laz
ı
md
ı
r. Bu ki-
tab «
Ş
eirl
ə
r kanonu»– «
Ş
i tszin» kitab
ı
 il
ə
 birlikd
ə
 Hindistanda Upani
ş
adlar
ı
n oy-
nad
ı
ğ
ı
 rola malik olmu
ş
lar.
Qədim Çində 6 əsas müstəqil fəlsəfi məktəb mövcud olmuşdur: 
1. Konfutsilik (ju-tszya) 
2. Moizm (mo-tszya) 
3. Qanun (fa-tszya, yaxud legizm) 
4. Daosizm (dao-tszya) 
5. Naturfəlsəfi (in yan-tszya) 
6. Adlar (min-tszya) 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin