Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Min-tszya (çin dilində - adlar məktəbi)



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə35/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   307
333 felsefe muhazireler toplusu eyani

Min-tszya (çin dilində - adlar məktəbi). 
Qədim Çində mövcud olmuş 6 əsas 
fəlsəfi məktəbdən biridir. E.ə. V-III əsrlərdə mövcud olmuşdur.
 
Başlıca nümayən-
dələri Den Si, Xuey Şi, Qunsun Lun hesab edilir. Bəzən adlar məktəbinə İn Ven ki-
mi kimi mütəfəkkiri də aid edirlər.
Adlar məktəbinin başlıca problemi adlar və gerçəkliyin nisbəti, qarşılıqlı mü-
nasibəti məsələsi olmuşdur. Tarixi-fəlsəfi ədəbiyyatda bu məktəbi sofistlər məktə-
bi, nominalistlər məktəbi, dialektiklər məktəbi də adlandırırlar. Hesab edilir ki, mo-


38
izm və Syun Kuanın başçılıq etdiyi konfutsiçilik məktəbi ilə birlikdə adlar məktəbi 
Çin təfəkküründə nəzəri fənn kimi məntiqin rüşeymlərinin formalaşmasında iştirak 
etmişdir. Adlar məktəbi ilə Qədim Yunanıstanın sofistləri arasında müəyyən oxşar-
lığın olması da qeyd olunur.
Öz ideyalarının xüsusiyyətlərinə görə nominalistlər “eyniyyət və fərq” və “ma-
hiyyət və təzahürün bölünməsi” məktəblərinə ayrılırdılar.
“Eyniyyət və fərq” məktəbinin aparıcı nümayəndələrindən biri Xuey Şi (e.ə. 
IV əsr) şeylər və hadisələr arasındaklı fərqi nisbi mənaya malik olan zaman, məkan 
və şəraitin konkretliyi ilə izah edirdi. Bu təlim 10 tezisdə ifadə olunmuşdur. 
Onla-
rın birincisində deyilir ki, şeylərin çoxluğu “kiçik vahiddən” törəyir, buna görə də 
onlar arasında mahiyyətcə fərq yoxdur; “Böyük vahid” kimi çıxış edən kosmosdan 
kənarda şeylər mövcud deyil. Bu müddəa Xuey Şinin təlimində mərkəzi yer tutan 
beşinci tezisi şərtləndirir: “ Böyük eyniyyət kiçik eyniyyətdən fərqlidir, bu, kiçik 
eyniyyət-fərq adlanır, 10 minlərlə şey tamamilə eyni və tamamilə fərqlidir, bu “Bö-
yük eyniyyət-fərq” adlanır. Tamamilə eyni və tamamilə fərqli ifadəsini eyniyyətin 
tükənməsi, fərqin qurtarması kimi anlamaq olar. Ümumiyyətlə göstərilən tezisin 
fərqli izahları vardır: 1) adi şüur ayrı-ayrı şeylər arasındakı eyniyyət və fərqi qavra-
yır, lakin fəlsəfi nöqteyi-nəzərdən şeylərə onların eyniyyəti və fərqləri kontekstində 
baxmaq olar, bu zaman onlar ya eyni, ya da fərqli olacaqlar; 2) Eyniyyət və fərq 
şeylər arasında mövcud olan xarici tərəfləri ifadə edir, “Böyük eyniyyət-fərq” isə 
bütün varlığın özünüeyniyyətini və qeyri- özünüeyniyyətini dialektik vəhdətini təş-
kil edir. Sonuncu izah Xuey Şinin digər tezislərinin dialektik təfsirini şərtləndirir. 
Əvvəlki tezislərin məzmununu yekunlaşdıran onuncu tezisdə “fərqlərin tamlığına 
(tükənməsinə) meyilliliyin, “eyniyyətin tamlığına (tükənməsinə) meyillilik olma-
sından danışılır: təbiətdə hüdud və bölünmənin mövcud olmasına baxmayaraq özü-
nü digər şeylərdən ayırmaq olmaz. 
Min-tszya məktəbinin 
“mahiyyət və təzahürün bölünməsi”
istiqamətinin əsas 
nümayəndəsi Qunsun Lun anlayışların-“adların” gerçəkliklə əlaqəsinin konkret, da-
vamlı və mənalı xarakterini qeyd etmişdir. Bununla bağlı məşhur aforizmlər də 
vardır: ”ağ at, at deyildir”, “ağ və bərk daş iki daşın mahiyyətidir”. Müasir tədqi-
qatçılar Qunsun Lunun paradokslarını müxtəlif cür - ayrıca və ümuminin, anlayış-
ların məzmunu və həcminin nisbəti probleminin ifadəsi və s. kimi izah edirlər.
Min-tszya məktəbinin istiqamətlərindən birinin adların və gerçəkliklərin əlaqə-
sinin nisbətini və dəyişikliyini, digərinin isə mütləqliyini və daimiliyini qeyd etmə-
lərinə baxmayaraq, onları dilin təhlilinə və dil ifadələrinin qeyri dil varlıqları ilə 
nisbətinə əsaslanan problematika və arqumentasiya vasitələri birləşdirirdi. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin