Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə51/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   307
333 felsefe muhazireler toplusu eyani

Mark Avreli Antoni
(121-180) Roma imperatoru, idealist idi. Özünü dünya 


57
iradəsinə (Allah) tabe etməyin zəruriliyi haqqında Avrelinin fikri, onun idealizm 
mövqelərindən çıxış etdiyini göstərir. Onun fikrincə, "insan fəaliyyətinin əsas məq-
sədi xeyirxahlığa nail olmaqdan ibarətdir, insanın xeyirxah olub olmadığını bilmək 
üçün onun daxilinə nüfuz etmək lazımdır". 
Romada fəaliyyət göstərən fəlsəfi tə"limlərdən biri də epiküreizm idi. Epiküre-
izm Roma respublikasınm son illərində və imperator üsul-idarəsinin başlanğıcında 
geniş yayılmış vahid materialist tə"lim idi. 
Tit Lukretsi Kar 
(e.ə. 95-55) epikürçülüyün ən görkəmli nümayəndəsi idi. 
Lukretsi fəlsəfə tarixində "Şeyiərin təbiəti haqqında" adlı əsəri ilə məşhurdur. Bu, 
şeirlə yazılmış fəlsəfi əsərdir. Lukretsi bu poemada bədii dillə özünün materializ-
mini əsaslandırmış, Epikürün atomist təlimini davam etdirib, onu daha da zəngin-
ləşdirmişdir. Lukretsi atomistlərin xəttinə sadiq qalaraq dünyanın maddiliyini, ma-
teriyanın yaradılmaz və məhvedilməzliyini təsdiq etmişdir. O göstərmişdir ki, dün-
ya atomlardan və boşluqdan ibarətdir. Atomlar keyfiyyətə malik deyillər, onlar yal-
nız böyüklüyünə, formasına və ağırlığına görə bir-birindən fərqlənirlər. Boşluğun 
çəkisi yoxdur, onun nüfuz etmək xassəsi vardır. Lukretsiyə görə, əgər təbiətdə boş-
luq olmasa idi, atomlar hərəkət edə bilməzdi və müxtəlif şeylər yarana bilməzdi. 
Başqa atomistlər kimi Lukretsi də hərəkəti atomların məkan daxilində sadəcə yer-
dəyişməsi kimi başa düşürdü. O, hərəkət əsnasında atomların özbaşına düz xətdən 
kənara meyl etmək qabiliyyəti haqqında Epikürim ideyasını daha da inkişaf etdir-
mişdi. Lukretsi təsir göstərmək xassəsinə malik olan atomlardan ibarət cismani nə 
varsa, hamısını maddi adlandırmışdır. Lukretsiya
görə, bütün şeylərin müxtəlifliyi 
onları təşkil edən atomların necə və hansı vəziyyətdə birləşməsindən və hərəkət et-
məsindən asılıdır. Müxtəlif formalarda olan atomların birləşməsindən müəyyən
rəng, qoxu, dad və s. keyfiyyətlər yaranır. Demokritdən fərqli olaraq Lukretsi onla-
rı obyektiv keyfiyyətlər hesab edirdi. Lukretsiyə görə, dünya daim yeniləşir, təbiət 
bir yerdə dayanmayıb inkişaf edir; ayrı-ayrı cisimlər, şeylər meydana gəlir və yox 
olur, materiya isə məhv olmur, materiyadan heç bir şey nə ayrıla bilər, nə də
 
əlavə 
oluna bilər. Lukretsi bununla materiyanın saxlanmasını, itməməsini zənn etmişdir. 
O belə hesab edirdi ki, məkan və zaman obyektiv olaraq mövcuddurlar və şeylərlə 
qırılmaz surətdə bağlıdırlar. Məkan atomların, şeylərin tutduğu yerdir. Kainat son-
suzdur və onun heç bir istiqamətdə hüdudu yoxdur. Lukretsinin fikrincə, zaman 
atomların özünə deyil, onların təşkil etdiyi şeylərə, təbiət hadisələrinə xasdır. Luk-
retsiya görə, ruh bədəndən ayrılmazdır; bədən ruhsuz hiss edə bilməz, ruh da bə-
dənsiz heç bir fəaliyyət göstərə bilməz. Bədənin ölməsi ilə birlikdə ruh da ölür. La-
kin Lukretsidə də ruhun, şüurun materiya ilə eyniləşdirilməsini görürük. 
Lukretsi "Şeylərin təbiəti haqqında" əsərində atomist materializmin idrak nəzə-
riyyəsini daha da təkmilləşdirmişdir. Onun fıkrincə, idrakın məqsədi şeylərin təbiə-
tini aşkara çıxarmaqdan və insanları mövhumat buxovlarından, dünya haqqında di-
ni təsəvvürlərdən xilas etməkdən ibarətdir. Xarici aləmi insan biliklərinin mənbəyi 
hesab edən Lukretsi Demokritin və Epikürün ardınca idrak prosesinin sadəlövh - 
materialist mənzərəsini belə təsvir etmişdir: İnsanı əhatə edən mühitdə şeylərin sət-
hindən havaya şeylərin özünə oxşar zərif surətlər, obrazlar uçurlar. Bu obrazlar hiss 


58
üzvlərinə təsir edib insanda görmə, eşitmə, dadbilmə duyğuları yaradırlar. Lukretsi 
iqrar edirdi ki, duyğu bizə şeylər haqqında doğru məlumatlar verərək idrakımızın 
əsasını təşkil edir və həqiqət haqqında anlayışlar yaradır. Hiss üzvlərinin verdiyi 
məlumatlara əsasən zəka fəaliyyət göstərir və müşahidə olunan şeylərin və hadisə-
lərin həqiqi xarakterini müəyyən edir. Əgər duyğuların verdiyi məlumatlar doğru 
olmasa, onda zəkanın çıxardığı nəticələr də yanlış olar. Bu isə insanın, onu əhatə 
edən mühitə uyğunlaşmasını və yaşamasını çətinləşdirər. 
Antik Romanın mühum fəlsəfi təlimlərindən biri də 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin