Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə50/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   307
333 felsefe muhazireler toplusu eyani

Stoisizm fəlsəfi 
cərəyanının əsasını Zenon (Kition şəhərində) qoymuşdur. Sto-
iklərin fikrincə, insanlar təbiətin tələblərinə uyğun şəkildə yaşamalıdırlar. Onlar o 
dövrün fəlsəfəsinin 3 tərkib hissəsini - məntiqi, fizikanı və etikanı bir sistem halın-
da birləşdirmək istəyirdilər. Onlar fəlsəfəni insan orqanizmi ilə müqayisə edərək
məntiqi onun skeleti, etikanı damar sistemi, fizikanı isa ruhu adlandırırdılar. Stoik-
lər ontologiyada 2 əsas başlanğıcı - maddi və mə"nəvini qəbul edirdilər. Onlar belə 
hesab edirdilər ki, bu başlanğıcların birləşməsindən ayrı-ayrı cisimlər, şeylər yara-
nır. Onların fəlsəfəsi panteist mahiyyət kəsb edirdi, idrak nəzəriyyəsində sensualist 
idilər, lakin əqlin rolunu da tam inkar etmirdilər. 
IV əsrin axınnda yunan fəlsəfəsində 
skeptisizm 
cərəyanı formalaşır. Onun
 
əsa-
sını Pirron qoymuşdur. Skeptiklər idarkın həqiqətliyini şübhə altına alırdılar. 
E.ə. II əsrin əvvəlindən Yunan fəlsəfəsi süquta uğrayır. Belə bir şəraitdə 
eklek-
tisizm
tə"limi meydana gəlir. Onun nümayəndələrindən Filonun (e.ə. 20-e. 50), 
Antioxun (e.ə. I və e. II əsrləri) adlarını çəkmək olar. Eklektiklər müxtəlif fəlsəfi 
sistemlərdən, bir-birilə üzvi surətdə bağlı olmayan fəlsəfi fikirləri mexaniki surətdə 
birləşdirib özünəməxsus bir təlim yaratmışdılar. 
Roma dövrü fəlsəfəsi. 
Qədim Romada, hələ vaxtı ilə Yunanıstanda formalaş-
mış 4 fəlsəfi məktəb fəaliyyət göstərirdi: 
1) stoisizm, 2) epiküreizm, 3) skepti-
sizm, 4) neoplatonizm
. Roma stoisizminin görkəmli nümayəndələri 
Seneka, 
Epiktet və Mark Avreli idi
.
Seneka
(e.ə. IV əsr) köhnə stoiklərin fikirlərini davam etdirmiş, ruhu odla ha-
vanın birləşməsi hesab etmiş, antik sensualizmin tərəfdarı olmuşdur. Onun fikrincə
əql öz başlanğıcını hisslərdən götürür, həyatda hər şey ciddi qanunauyğunluğa ta-
bedir. Onun fəlsəfəsində əsas yeri etika problemləri tuturdu. O, təbiətlə razılaşmaq, 
taleyin hökmünə tabe olmaq prinsipinə xüsusi əhəmiyyət verirdi. Seneka həyatın 
mənasını mütləq mə"nəvi sakitliyə nail olmaqda görürdü. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin