§ 5. Ellinizm dövrü və Roma fəlsəfəsi
Ellinizm dövrü fəlsəfəsi.
Ellinizm Dövrü Makedoniyalı Aleksandrın yürüşlə-
rinin başlanmasından, onun imperiyasının ayn-ayrı xırda dövlətlərə parçalanmasın-
dan romalıların Misiri fəth etməsinə qədər olan dövrü əhatə edir. E.ə. IV və III əsr-
lərdə azad yunan polislərinin (dövlətlərinin) böhranı kulminasiya nöqtəsinə çatmış-
dı. Yunan şəhərləri əvvəlcə Makedoniya hakimiyyətinin, sonralar isə Romanın təsi-
ri altına düşmüşdü. Yunanıstanın iqtisadi və siyasi cəhətdən süquta uğraması, im-
periyanın ayn-ayrı xırda dövlətlərə parçalanması, polislərin-dövlətlərin rolunun he-
çə enməsi Yunan fəlsəfəsinin inkişafına da öz mənfi təsirini göstərdi.
Yunanıstanda obyektiv aləmin dərk edilməsinə yönəldilmiş bütün cəhdlər, filo-
sofların siyasi həyatda fəal iştirakı tədricən
fərdiyyətçilik, skeptisizm və aqnosti-
sizmlə
əvəz olundu. Bir müddət sonra, fəlsəfi təfəkkürə maraq kəskin şəkildə azal-
dı. Belə
bir şəraitdə
mistika, dini-fəlsəfi sinkretizm
(bir-biri ilə uyğunlaşmayan
ziddiyyətli görüşlərin birləşdirilməsi),
xristianlıq fəlsəfəsi
dövrü başlandı. Bu za-
man Yunanıstanda bir neçə fəlsəfi məktəb fəaliyyət göstərirdi.
55
Aristotel fəlsəfəsinin varisi kimi
peripatetika
(gəzinti zamam fəlsəfi söhbətlə-
rin, mübahisələrin aparılması) meydana gəldi və təqribən min il fəaliyyət göstərdi.
Bu məktəbin nümayəndələri -
Teofrast, Evdem, Aristoksen,
əsasən, Aristotel fəl-
səfəsinin təhlili və şərhi ilə məşğul idilər. Afinada peripatetika məktəbi ilə yanaşı,
Platonun yaratdığı
akademiya
-da fəaliyyət göstərirdi. Akademiya eramızdan əvvəl
I əsrdə tədricən tənəzzülə uğradı, son nəticədə Platonun idealizmindən imtina edildi
və nəhayət, Epikürün materialist təlimi meydana gəldi.
Epikür
(e.ə. 342-271) fəlsəfəsinin mənbəyi Demokritin atomistika təlimi idi.
Demokritin fəlsəfəsini dərindən öyrənmiş və sonralar Afinada özünün fəlsəfi mək-
təbini ("Epikür bağı") yaratmışdı. O, atomist materializmin ən böyük nümayəndəsi-
dir. Öz müəllimi Demokrit kimi Epikür də dünyanı bölünməz atomlardan və bunla-
rın hərəkət etdiyi boşluqdan ibarət bilirdi. Lakin Demokritdən fərqli olaraq Epikür
qeyd edirdi ki, atomlar təkcə böyüklüyünə və formalarına görə deyil, habelə, ağır-
lıqlarına görə də fərqlənirlər. Epikür özünəməxsus şəkildə atom çəkisini bilmiş və
atomun həcmini təyin etməyə cəhd etmişdir. Epikürə görə, atomlar əbədi, fasiləsiz
hərəkət halındadırlar. Hərəkət atomların və boşluğun vəhdətinin, onların qarşılıqlı
təsirinin nəticəsidir. Epikür atomların hərəkətinin səbəbini öyrənməyə səy göstər-
mişdir. Onun fikrincə, atomların hərəkəti onların ağırlığı ilə əlaqədardır. Ağırlıqla-
rından asılı olaraq atomlar şaquli xətt üzrə hərəkət etməklə bərabər, düzxətli hərə-
kətdən kənara meyl edib əyri xətlə də hərəkət edirlər. Epikürün zənnincə, atomlar
boşluqda üç cür hərəkətə malikdirlər:
I) düz xətt üzrə düşmə hərəkəti;
2) düz xətdən kənara meyl edilməsindən törəyən hərəkət;
3) atomların toqquşmasından əmələ gələn hərəkət.
Bununla Epikür atomlar aləminin quruluşuna baxışları dəyişdirdi və göstərdi
ki, öz-özünə hərəkət etmək atomların daxili mahiyyətindən irəli gəlir.
Epikür fəlsəfəsində təbiət hadisələrinin sadəlövh materialist şərhi dünyaya kor-
təbii-diaiektik baxışla üzvü surətdə birləşmişdir. O,
varlıqdakı bütün dəyişmələrin
səbəbini sonsuz, hərəkət materiyada, təbiətin özündə görürdü. Epikür deyirdi ki, el-
min, fəlsəfənin vəzifəsi daha mühüm səbəbləri axtarıb tapmaqdan, təbiətin qanuna-
uyğunluqlarını dərk etməkdən və onları öyrənib insanlar üçün xoşbəxt həyat yarat-
maqdan ibarətdir. O, Demokritə nisbətən irəli gedərək təbiətdəki zərurəti, səbəbiy-
yəti daha mükəmməl
anlamış, atomların hərəkətində təsadüfi halları qəbul edərək
determinizmin fatalistcəsinə izah edilməsi əleyhinə çıxmışdır.
Fəlsəfə tarixində Epikürün böyük xidməti bir də ondadır ki, o, Demokritdən
fərqli olaraq rəng, iy, dad kimi keyfiyyətlərin obyektivliyini qəbul etmişdir.
Epikürün idrak nəzəriyyəsi. Epikür duyulan maddi şeyləri insan biliyinin mən-
bəyi hesab etmiş, idrakın mexanizmi və yolları haqqında sadəlövh materialist müd-
dəalar söyləmişdir. Epikürün təliminə görə, idrak müşahidə, hissi qavrayışlar əsa-
sında baş verir. Onun fikrincə, cisimlərin surətləri hiss üzvlərində əks olunaraq in-
sanda duyğu yaradır, bu da öz növbəsində insan beynində xarici cisim və hadisələ-
rin uyğun surətlərini əmələ gətirir. İnsan özünün yaddaşı sayəsində xarici aləmdə
mövcud olan cisimlərin surətlərini toplayaraq saxlayır, təfəkkürün vasitəsi ilə onları
56
təhlil edir, ümumləşdirir və nəhayət, anlayışlar yaradır. Epikürə görə, idrak prose-
sində əldə edilən təsəvvürlər cisimlərə, hadisələrə uyğun gəlmirsə, onlar həqiqi de-
yil.
Epikür duyğuların obyektiv məzmununu açıb göstərməklə yanaşı, ruhu maddi
varlıq hesab edir və bu fikrini əsaslandırmağa çalışırdı. Onun fikrincə ruh da atom-
lardan təşkil olunmuşdur, lakin şeylərin atomlarına nisbətən o daha incə və sürətlə
hərəkət edən atomlardan ibarətdir. Epikür fəlsəfəsinə görə, Kainat sonsuzdur, qey-
ri-məhduddur, maddi aləmdən başqa və ondan kənarda heç bir şey yoxdur. O öyrə-
dirdi ki, insanlar nə təbiətin dəhşətli hadisələrindən, nə də allahlardan qorxmamalı-
dır. İnsanlar üçün ölüm qorxulu görünməməlidir. Epikür axirət dünyasının möv-
cudluğunu rədd edirdi. O deyirdi ki, insan öləndən sonra onun atomlardan ibarət
olan ruhu da məhv olur, odur ki
həyat zövqü yalnız bu dünyaya məxsusdur.
Epikürün görkəmli tələbəsi Filodemin e.ə. I əsrdə təlimini Romaya gətirdi, qısa
bir müddətdə o, Romada yayıldı.
Ellinizm dövründə əvvəllər Yunanıstanda, sonralar isə Romada stoisizm, skep-
tisizm, eklektisizm kimi digər fəlsəfi təlimlər də geniş yayılmışdır.
Dostları ilə paylaş: |