Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Elkidam, Likafron və Pole-



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə46/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   307
333 felsefe muhazireler toplusu eyani

Elkidam, Likafron və Pole-
monun 
adlarını çəkmək olar. Onların fəlsəfi görüşləri əksər hallarda materialist xa-
rakter daşıyır, cəmiyyətin meydana gəlməsinə sadəlövh materializm mövqelərindən 
yanaşırdılar. 
Bu filosoflar təbiət qanunlarını sosial-norma hesab edərək yazırdılar ki, "biz 
hamımız anadan bərabər doğulmuşuq". 
Sokratın fəlsəfi baxışları. 
Klassik dövr fəlsəfəsinin ən görkəmli nümayəndə-
lərindən biri Sokrat idi. 
Sokrat 
(e.ə. 469-399) qədim dünyada hikmətlilik təcəssü-
mü, müdriklik nümunəsi kimi tanınmışdır. Buna baxmayaraq, o, özünü müdrik he-
sab etmirdi. Sokrat deyirdi ki, mən yalnız müdrikliyi sevən filosofam, "yalnız onu 
bilirəm ki, heç bir şey bilmirəm". Sokrat fəlsəfədə idealizm mövqelərindən çıxış 
edərək deyirdi ki, "dünyanı hər şeyə qadir, hər yerdə mövcud olan, ən böyük Allah 
yaratmışdır". Onun fikrincə, dünyanın əsası, onun mahiyyəti "ruhi prinsip"dən iba-
rətdir. Maraqlıdır ki, Sokrat heç bir əsər yazmamışdır. 
Sokrat fəlsəfəsinin əsasını insan problemi təşkil edirdi, onun mərkəzində isə 
insanın icmaya, cəmiyyətə, qanuna, allahlara münasibəti dururdu. Sokratın fikrincə, 
fəlsəfə insanın dərk edilməsinə həsr olunmalıdır, bunun üçün, birinci növbədə gə-
rək "insan özü-özünü dərk etsin". Sokratın fikrincə, öz-özünü dərk insanın öz daxili 
dünyasını dərk etməsi deməkdir. İnsan başa düşməlidir ki, dərk olunmuş həyat, mə-
nəvi sağlamlıq ən qiymətli nemətdir. Sokrat insana aid problemləri təbiətdə deyil, 
insanın özündə, onun, vicdanında, "daxili aləmində" axtarırdı. O
deyirdi ki, əsl hə-
qiqətə nail olmanın zəmanət vericisi vicdan - "daymonion" olmalıdır (yunan dilində 
daymonion-ilahi qüvvə, Allah deməkdir). Sokratın "Daymonionu" Allahın insana 
bəxş etdiyi vicdanın səsi, sağlam ilahi fikrin təzahürü idi. 
Sokratın insan haqqındakı fəlsəfi düşüncələrində əsas məsələlərdən biri də xe-
yirxahlıq və onun mahiyyəti haqqındakı fikirləridir. Onun nöqteyi-nəzərincə, xeyir-
xahlıq çox yüksəl əxlaqi keyfiyyətdir. Xeyirxah insan səbirli, qeyrətli və ədalətli 
olur. Xeyirxah olmayan insan bu keyfiyyətlərə malik ola bilməz. Sokratın fikrincə, 
həqiqi mənəvi kamillik xoşbəxtliyi, gözəlliyi, eyni zamanda, insan üçün xeyirli 
olanları bilmək deməkdir. Bunları dərk etmək insana öz xoşbəxtliyinə nail olmaqda 
kömək edir. Sokrat belə hesab edirdi ki, xeyirxahlığa gerçəkliyi və öz-özünü dərk 
etmək qabiliyyətinə malik olan nəcib və alicənab insan nail ola bilər. Sokrat yaşadı-
ğı dövrün və mövcud hakimiyyətin qanunsuzluqlarına və ədalətsizliklərinə qarşı 
həmişə öz kəskin etirazını bildirirdi. Onu düşündürən başlıca məsələ qanunlara cid-
di əməl edilməsi və dövlətin bacarıqla idarə olunması məsələsi idi. Sokrat belə he-
sab edirdi ki, dövlətə təcrübəli, səriştəli adamlar rəhbərlik etməlidir. O, dövlət baş-
çısını gəmi kapitanı ilə müqayisə edərək deyirdi ki, gəmini müəyyən biliyə, təcrü-
bəyə və vərdişlərə malik olan adamlar idarə edə bildiyi kimi, dövləti də o qəbildən 
olan adamlar idarə etməlidirlər. 
Sokrat özü aristokratiya dövlət hakimiyyəti formasının tərəfdarı idi. Sokrat 
gənclərin tərbiyəsini pozmaqda, allahsızlıqda, naturfəlsəfə ilə məşğul olmaqda itti-


50
ham edilərək e.ə.399-cu ildə ölüm hökmünə məhkum edilmişdir. O, həbsxanada zə-
hər içərək özünü öldürmüşdür.

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin