Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Qədim Yunan atomistlərin fəlsəfi baxışları



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə44/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   307
333 felsefe muhazireler toplusu eyani

Qədim Yunan atomistlərin fəlsəfi baxışları
. Yunan fəlsəfəsinin ən böyük 
nailiyyətlərindən biri də 
Levkipp və Demokritin atomistik materializmi
idi. Bu 
fəlsəfə özünün atomistik konsepsiyası ilə antik dövr fəlsəfəsinin ən zirvəsinə qalx-
dı. 
Levkipp
(e.ə. 500-440) Miletdə doğulub, sonra Eley şəhərinə orada Parmeni-
din, Ksenofanın və Zenonun tələbəsi olub. Onun 2 kitabı olduğu müəyyən edilib: 
"Ən böyük diakosmos" və "Əql haqqında". Levkipp bu əsərlərdə gerçəkliyin əsa-
sında atomlar və boşluq durduğunu söyləmiş və demişdir ki, "dünyada yeganə 
mövcud olan atomlar və boşluqdur". "Atomlar boşluqda hərəkət edirlər". Levkippin 
fikrincə, öz böyüklüyü, forması və düzülüşü ilə xarakterizə olunan atomlar bütün 
şeylərin səbəbidir. Atomların birləşməsi və ayrılması nəticəsində şeylər meydana 
gəlir və məhv olur. Beləliklə, Levkipp bu fikirləri ilə eleylilərin dəyişməz varlığı ilə 
Heraklitin daim dəyişən varlığını birləşdirdi. Levkippin təlimi, Demokritin fəlsəfəsi 
ilə sıx əlaqədar idi. Bəzi hallarda onların flkirlərini bir-birindən fərqləndirmək belə 


47
çətindir. Lakin Levkippdən fərqli olaraq, Demokrit atom haqqında təlimini daha 
mükəmməl, daha ardıcıl formada şərh etmişdir. Yunan materializminin və atomisti-
kasının ən görkəmli nümayəndəsi 
Demokrit 
(e.ə. 460-370) olmuşdur. O, Levkip-
pin tələbəsi olmuş, Anaksaqordan da dərs almışdır. Dünyanı gəzmiş, İranda, Hin-
distanda, Babilistanda, Misirdə, Efiopiyada olmuşdur. Demokritin 70-dən çox əsəri 
olduğu müəyyən edilmişdir. Aristotel, Siseron, Plutarx kimi görkəmli alimlər onun 
adını böyük hörmətlə çəkmişlər. Engels Demokriti empirik təbiətşünas və yunanlar 
arasında birinci ensiklopedik zəka adlandırmışdır. Demokrit öz əsərlərində fəlsəfə, 
məntiq, riyaziyyat, astronomiya, biologiya, tibb, ictimai həyat, pedaqogika, psixo-
logiya, etika, fılologiya, ritorika, incəsənət nəzəriyyəsi, texniki və hərbi idarəetmə 
məsələlərinə də toxunmuşdur. Demokrit dünyanı atomlardan və boşluqdan ibarət 
olan əbədi, sonsuz, tükənməz obyektiv reallıq adlandırırdı. Bu onu göstərir ki, De-
mokrit qədim dövrdə materializmin ən görkəmli nümayəndəsi olmuşdur. Onun ən 
böyük xidməti öz sələfi Levkipp ilə birlikdə, materiyanın atom quruluşu konsepsi-
yasını yaratmasından ibarət idi. Demokrit deyirdi ki, materiya boşluqda, əbədi hə-
rəkətdə və sonsuz sayda olan atomlardır, (yunan dilində "atomos"- bölünməz de-
məkdir). Lakin o, atomu onun materiyanın ayrı-ayrı növləri və formaları ilə eyni-
ləşdirirdi, belə hesab edirdi ki, atomlar bölünməzdir, dəyişməzdir və keyfiyyət cə-
hətdən yekcinsdir. Onlar yalnız kəmiyyətinə görə bir-birindən fərqlənirlər. 
Demokritin varlıq haqqında təlimi də filosoflarda xüsusi maraq doğurmuşdu. 
O, atomları varlıq adlandırır, boşluğu isə qeyri-varlıq hesab edirdi. Lakin onun da 
real surətdə mövcud olduğunu inkar etmirdi. 
Demokrit Kainatın sonsuzluğu, məhvedilməzliyi, heç bir qüvvə tərəfindən ya-
radılmadığı, sonsuz dərəcədə çoxlu dünyaların mövcudluğu haqqında bütöv bir tə-
lim yaratmışdı. 
Demokritin hərəkət haqqında təlimi də xüsusi əhəmiyyət kəsb edirdi. O belə 
hesab edirdi ki, atomlar boşluqda hərəkət edən zaman bir-biri ilə toqquşur və bunun 
nəticəsində onlar birləşirlər, bu birləşmədən də son nəticədə bizi əhatə edən şeylər, 
predmetlər meydana gəlir. Bu hərəkət əbədidir, "onun nə əvvəli var, nə axırı". De-
mokrit bu hərəkəti və inkişafı zərurət adlandırır, təsadüflərin bir obyektiv hadisə ki-
mi mövcudluğunu isə inkar edirdi. Onun fikrincə, hər şey zərurətdən meydana gə-
lir. Demokrit hərəkəti inkişafın əsas mənbəyi hesab edir, lakin onu atomların mə-
kan daxilində yer dəyişməsi kimi başa düşürdü. 
Demokrit hadisələrin səbəbiyyət əlaqələrinə xüsusi əhəmiyyət verirdi O, təbii 
zərurətdən, hadisələrin səbəbiyyət asılılığından ətraflı danışır və onlara öz fəlsəfi 
baxışlarında xüsusi yer verirdi. O deyirdi ki, nə təbiətdə, nə də cəmiyyətdə heç bir 
hadisə səbəbsiz baş verə bilməz.
Demokritin cəmiyyət haqqında təlimi də xüsusi maraq doğurur. Onun fikrincə, 
cəmiyyətin inkişafı insanların öz adi həyat tələbatlarını ödəməyə çalışmaları ilə əla-
qədardır. Demokrit yunan quldarlıq demokratiyasının tərəfdarı idi. O, polisləri (şə-
hər-dövlət) qədim yunan quldarlıq demokratiyasının əsas dövlət forması hesab 
edirdi. 
Demokritin əsərlərində insanların tərbiyəsinə xüsusi diqqət yetirilir. Onun fik-


48
rincə, insan əxlaqının ən yüksək ölçüsü Vətən, xalq qarşısında borclu qalmaqdır.
Bütün bunlarla yanaşı, Demokrit quldarlıq cəmiyyətini ideallaşdırır. O, qulla-
rın hər cür ictimai və siyasi hüquqlardan məhrum olunmasını qanunauyğun hesab 
edirdi. Filosof dövlətin yaxşı idarə edilməsinin zəruriliyinə xüsusi diqqət yetirirdi. 
O bu barədə yazırdı: "Yaxşı idarə olunan dövlət ən böyük dayaqdır. Elə dövlət hər 
cür tərifə layiqdir. Nə qədər ki, o, mövcuddur, rahatlıq və əmin-amanlıqdır. Belə 
dövlət məhv olarsa, onunla birlikdə hər şey məhv olar". 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin