F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə111/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

14.2.5.2. Çubuq
şəkilli məftillə qaz-alov 
püskürtmə 
Püskürtmə başlığının quruluşu məftillə qaz-alov 
püskürtmə üsulunda olduğu kimidir. Amma burada 
diametri 1,2...4,76 mm olan metal məftilin əvəzinə, 
diametri 3,17...6,35 mm, uzunluğu 608 mm olan 
çubuqşəkilli keramik məftil tətbiq olunur. Çubuqların 
hazırlanması-keramik 
materialların 
bişirilməsi 
(sinterləmə) və ya örtük materialı hissəciklərinin üzvi 
yaxud mineral birləşdirici vasitələrdə yerləşdirlməsi 
ilə əldə olunur ki, bu da püskürtmə zamanı parçalanır. 
Tətbiq olunan örtük materiallarına misal olaraq Al
2
O
3

Al
2
O
3
-TiO
2
və Cr
2
O
3
göstərmək olar. Məftillə qaz-
alov püskürtmə üsulunda olduğu kimi, keramik 
hissəciklər tamamiylə əriyir, amma çox yüksək 
temperaturlara qədər qızmırlar.
14.2.5.3. 
Ovuntu ilə qaz-alov püskürtmə 
Brada səthə püskürdüləcək ovuntu nəqledici qazla 
birlikdə yanar qaz axınına verilir (şək. 14.46.). 
Məftillə qaz-alov püskürtmə üsulundan fərqli olaraq
hissəciklərin tam əriməsi təmin olunmur.


253 
Şəkil 14.26. Ovuntu ilə qaz-alov püskürtmə başlığının 
sxematik təsviri.
Burada tətbiq olunan örtük ovuntularına daxildir: 

Metallar 
Al, Al-12Si, Al-5Mg, Al-Zn; 
Cu-10Al, Cu-10Zn, Cu-40Zn, Cu-
30Zn, Cu-5Sn; 
Pb, Ag, Zn; 
Ni, Ni-Cr; 
polad (<0,8%C), polad (Ni-Cr); 
Mo. 
Mo avtomobil istehsalında, Zn, Al, Al-Zn 
ovuntuları korroziyaya qarşı davamlı, Al və Cu 
elektrik kontaktlarının səthinə yaxşı keçiriciliyə malik 
təbəqənin püskürdülməsində istifadə olunur. 
 

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin