F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR


Şəkil 18.3. Robotla avtomatlaşdırılmış qaynaq qurğuları



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə128/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   124   125   126   127   128   129   130   131   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

Şəkil 18.3. Robotla avtomatlaşdırılmış qaynaq qurğuları. 
İlk növbədə qaynaq zamanı mexanikləşdirmə o 
zaman tətbiq olunur ki, orada lazım olan keyfiyyəti əl 
üsulu 
ilə 
əldə 
etmək 
mümkün 
deyildir. 
Mexanikləşdirmənın tətbiqinə mane olan əsas səbəb 
kapital qoyuluşu xərcləridir. Məsələn, əl ilə 
elektroqövs qaynaq üsulu zamanı, xərclər aşağıdakı 
kimi paylanır: 
4%- maşın xərcləri; 
3%- enerji xərcləri; 
21% - material xərcləri; 
72%- əmək xərcləri. 
Əgər mexanikləşdırməyə keçməklə əmək xərcləri 
azaldılarsa, onda bununla bağlı olaraq maşın və enerji 
xərcləri artacaqdır. Əgər qaynaq əməliyyatı zamanı 
kapital qoyluşu xərcləri yüksək olarsa, onda iqtisadi 
səmərəlilik sualı meydana çıxacaqdır.


292 
19. 
Birləşdirmə və örtükçəkmə 
əməliyyatlarında əməyin mühafizəsi 
texnikası və vasitələri 
Əritmə əməliyyatları zamanı təhlükənin aradan 
qaldırılması üçün əsasən aşağıdakı hallara riayət 
etmək tövsiyyə olunur: 
-
yanmaya qarşı davamlı quru iş paltarı, rezin 
dabanlı ayaqqabılar (mismarsız), dəri əlcəklər 
uyğun eynəklər istifadə etməli
-
cərəyan kabeli tam izolyasiya olunmalıdır; 
-
qaynaq mənbəyi və yandırıcı başlıq saz 
vəziyyətdə və icazə verilən olmalıdır; 
-
elektrik şəbəkəsində təmir və dəyişikliklər 
ixtisasçı mütəxəsislər tərəfindən aparılmalıdır; 
-
kiçik 
otaqlarda 
metalları 
izolyasiyaedici 
örtüklərlə örtmək. 
Bundan əlavə növbəti qəza təhlükələri də nəzərə 
alınmalıdır: 
-
posa və metal sıçramaları; 
-
işıq şüalanması; 
-
istiliyin şüalanması (xüsusi iş paltarı); 
-
isti hissələr; 
-
oksigen azlığı. 
Ümumiyyətlə, əritmə əməliyyatları zamanı insan 
sağlamlığı üçün yaranan əsas təhlükələr havanın 
çirklənməsi, səs-küy və şüalanmadan yaranan 
təhlükələrdir.


293 
Fizioloji 
təhlükəsizlik 
məqsədi 
ilə 
optik 
şüalanmaya qarşı aşağıdakı əsas tədbirlər nəzərə 
alınmalıdır: 
-
standarta uyğun göz qoruyucu filtirlərdən 
istifadə olunması; 
-
dərinin örtülməsi; 
-
qaynaq yerini mühafizə etmək. 
İş yerlərində havanın tərkibinin və temperaturunun 
norma daxilinda saxlanması üçün ventilyasiya 
texnikasından istifadə olunur və ventilyasiyanın 
əsasən üç növü fərqləndirilir: 
-
təbii ventilyasiya; 
-
süni ventilyasiya və; 
-
hər iki sistemin kombinasiyası. 
Ventilyasiya zamanı aşağıdakı bəzi xüsusiyyətləri 
nəzərə almaq lazımdır: 
-
havanı 
çirkləndirən maddələri nəfəsalma 
yerindən mümkün qədər uzaq tutmalı; 
-
iş yerinə vurulan soyuq havanı minimum +15
0

qızdırmalı; 
-
iş yerində havanın sürəti <0.2m/s olmalı; 
-
ventilyasiya qurğusu aşağı səs-küylə işləməlidir 
(<85dB(A)). 

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin