F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR


Şəkil 6.29. Qoruyucu ovuntu altında örtükçəkmə zamanı



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə69/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

 
Şəkil 6.29. Qoruyucu ovuntu altında örtükçəkmə zamanı, 
qaynaq əməliyyatının sxematik təsviri.
Birməftilli, çoxməftilli, metal ovuntusu və lentli 
elektrodlarla QOQ qaynaq üsulları mövcuddur. 
Qoruyucu ovuntu altında lentlə qaynaq üsulu səthə 
örtükçəkmə üçün geniş yayılmışdır. Aşağıdakı 
şəkillərdə praktiki olaraq, məftil və lentlə 
örtükçəkməyə 
aid 
nümunələr 
göstərilmişdir. 
Toz yönəldici
Məftil elektrod
Kontakt oymağı
Posa
Qövs mağarası
Maye posa
Maye material
Posa örtüyü
Bərkimiş posa
Qaynaq tikişi
Əsas material


150 
Coxməftilli elektrodla qaynaq zamanı, məftillər 
müxtəlif qaynaq parametrləri ilə əridilə bilərlər ki, bu 
da materialın və məftilin müxtəlif temperatur 
təsirlərinə məruz qalmasına, onlar arasında və metalla 
qarşılıqlı maqnit sahəsinin dəyişməsinə səbəb olar.
 
Şəkil 6.30. QOQ altında iki və coxməftilli üsullarla 
örtükçəkmə. 
Yuxarıda göstərilən QOQ altında çoxməftilli 
əritmə zamanı, əritmənin məhsuldarlığı 70kq/saata və 
bir istiqamətli əritmə sürəti 3m/dəq- yə qədər 
yüksəldilmişdir. 
Məftillərin sayını artırdıqca, məhsuldarlığın 
artması ilə yanaşı, əsas materialın temperatur 
yüklənməsi də artır. Əsas materialın temperatur 
yüklənməsini azaltmaq və ərimə məhsuldarlığını daha 
da artırmaq üçün, əlavə olaraq qaynaq vannasına 
metal ovuntusu verilə bilər. Səthə verilən ovuntu 


151 
qaynaq vannasına toxunduqda onu soyudur və bu da 
qaynaq vannasında əlavə temperaturları qəbul edib, 
onu həddən artıq qızmadan qoruyur və əsas materialın 
qızma 
sərhəddini 
nəzərə 
almaqla, 
qaynaq 
parametrlərini artırmaq olar. Ovuntu ya qaynaq 
başlığı, ya da qaynaq məftili ilə birgə qaynaq 
vannasına verilir. Məftillə ötürmə zamanı, cərəyanın 
ondan axması hesabına maqnitlənən məftil, metal 
ovuntusunu səthinə çəkir və qaynaq vannasında 
metalla birgə əriyir. Bununla ərimə məhsuldarlığını 
50-80% artırmaq mümkündür.

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin