Odadavamlılığın standart yoxlanılması prosesində göstərilən temperatur
dəyişməsinə riayət olunmasının təmin edilmə müddətindən asılı
olaraq
konstruksiyalara aşağıdakı nişanlar verilir:
А-60 – 60 dəqiqə ərzində,
А-30 – 30 dəqiqə ərzində,
А-15 – 15 dəqiqə ərzində,
А-0 – 0 dəqiqə ərzində.
A tipli metal konstruksiyalarda metal göyərtələrlə, arakəsmələrlə,
bortlarla və gövdə yığımı ilə birləşmə yerlərində, eləcə də A tipli konstruksiyanın
özülündən boru, kabellər, havalandırma kanalları (əgər bu konstruksiyalar A tipli
metal konstruksiyanın özülünə bilavasitə yaxınlaşırsa)
keçən yerlərdə istilik
ötürməni azaltmaq üçün A tipli konstruksiyanın bir və ya iki tərəfindən ümumi
uzunluğu azı 500mm olan yanmayan materialla bitişən konstruksiyaların izolyasiya
edilməsi nəzərdə tutulmalıdır. Əgər standart od sınaqları
ilə bundan da kiçik
məsafədə izolyasiya etmək mümkünlüyü sübut edilərsə, uzunluq azaldıla bilər.
Dostları ilə paylaş: