MühaziRƏ 1 Sistemli analiz və kompüter modelləşdirməsinin əsas prinsipləri Sistemli analizin əsas anlayışları. Sistemli analizin əsas prinsipləri. Sistemli analizin strukturu. Sistemli analizin əsas məsələləri. Sistemli yanaşma


sistem problemin həlli vasitəsidir. Sistemli analizin  əsas məsələləri və funksiyaları



Yüklə 262,6 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix08.09.2023
ölçüsü262,6 Kb.
#142044
1   2   3   4   5   6   7
1-new-MUHAZIRE-1-pdf

sistem
problemin həlli vasitəsidir.
Sistemli analizin 
əsas məsələləri və funksiyaları
(sistemli analizin funksiyalar ağacı) aşağıda 
verilib. Sistemli analizin funksiyalar ağacı şəkil 2-dəki kimidir. 


11 
Sistemli analizin strukturu 
Şəkil 2.Sistemli analizin funksiyalar ağacı 
 


12 
Dekompozisiya 
məqsədlər və funksiyalar ağacının qurulması ilə yerinə yetirilir. 
Dekompozisiya 5-6 səviyyəyədək aparılır. Dekompozisiya prosesi movcud sistemi başqa 
sistemin alt sitemi kimi ifadə etmək mümkün olduqda sona çatır. Sonra bu proses altsistemlər üçün 
aparılır. Sistem nəzəriyyəsində isbat edilmişdir ki, sistemlərin əksəriyyəti altsistemlərin baza 
təsvirlərinə dekompozisiya oluna bilər. Onlara elementlərin ardıcıl, paralel və əks əlaqə ilə 
birləşməsi aiddir. Dekompozisiyanın aparılması problemi ondan ibarətdir ki, mürəkkəb sistemlərdə 
altsistemlərin fəaliyyət qanunları və alqoritmləri arasında birqiymətli uyğunluq yoxdur. Buna görə 
sistemin dekiompozisiyasının bir neçə variantı təklif olunur. 
-Funksional dekompozisiya(sistemin funksiyalarının analizinə əsaslanır); 
-Fəaliyyət dövrünün mərhələləri üzrə dekompozisiya(alt sistemin ayrılması əlamətinə 
əsaslanır); 
-Fiziki proses üzrə dekompozisiya( mövcud proseslərin təsvirinə əsaslanır); 
-Alt sistemlər üzrə dekompozisiya(alt sistemin ayrılması əlamətinə əsaslanır).
 
 


13 
Analiz
İdarəetmə özündə bir proses kimi fasiləsiz qarşılıqlı əlaqədə olan fəaliyyətləri birləşdirir. Bu
fəaliyyətlər də özü özlüyündə bir proses təşkil edir ki, onları idarəetmə funksiyası adlandırırlar. Bu 
funksiyaların hər biri proses olaraq öz növbəsində bir-biri ilə qarşılıqlı əlaqədə olan fəaliyyətlər 
seriyasıdır. İdarəetmə prosesi bütün funksiyaların ümumi cəmidir. Bu yanaşmanın ilk dəfə işlənib 
hazırlanması Anri Fayolun adı ilə bağlıdır. O hesab edirdi ki, ilkin olaraq menecmentin 5 funksiyası 
var. Onun fikrinə görə idarəetmək qabaqcadan demək (planlaşdırmaq), sərəncam vermək, 
əlaqələndirmək və nəzarət etməkdir. Faktiki olaraq idarəetmə ilə bağlı hər bir əsərdə idarəetmə 
funksiyalarının siyahısı verilmişdir. Bütün bu təsnifatlar bir-birindən az da olsa fərqlənməsinə
baxmayaraq onların əsasında funksiyanın durduğunu görmək olar.
İdarəetmə funksiyaları idarəetmə fəaliyyətinin istiqamətinin xüsusiləşməsidir. İdarəetmə 
prosesi planlaşdırma, təşkiletmə, motivasiya (əlaqələndirmə) və nəzarət funksiyalarının qarşılıqlı 
əlaqəsini özündə birləşdirir. Bu proses kommunikasiya (Əsaslandırma) və qərarların qəbulu ilə 
tamamlanır.


14 
Şəkil 3. İdarəetmə funksiyaları 
Ayrı-ayrı işçilər və işçilər qrupuna təsirin mümkünlüyünü özündə cəmləşdirən rəhbərlik 
(liderlik) təşkilatı məqsədlərə çatılması istiqamətində fəaliyyət göstərməsini nəzərdə tutur.



Yüklə 262,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin