İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


ƏMƏLİYYAT SİSTEMİNİN MÜDAFİƏ OLUNMA



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə219/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   215   216   217   218   219   220   221   222   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

ƏMƏLİYYAT SİSTEMİNİN MÜDAFİƏ OLUNMA 
ANLAYIŞI
Əməliyyat sistemi o vaxt müdafiə olunan sayılır ki, o 
kanardan edilən müxtəlif sinif hücumları dəff edə biləcək 
vasitələrdən istifadə edə bilsin. Müdafiə olunan əməliyyat 
sistemi mütləq şəkildə istifadəçinin onun resurslarına əlçatanlıq 
etməsinə məhdudiyyət qoyan vasitələrə malik olmalıdır. 
Bununla yanaşı əməliyyat sistemində istifadəçinin həqiqiliyini 
yoxlaya biləcək vəsaitdə olmalıdır. Əməliyyat sistemi təsadüfi 
təsirlərə və ya onun işini pozacaq (işdən çıxara biləcək) hallara 
da hazır olmalıdır. 
Bəzən elə olur ki, əməliyyat sistemi bütün baş verə 
biləcək hədələrdən deyil, onlardan bəzilərindən müdafiə olunur. 
Belə olan halda əməliyyat sistemi 
qismən müdafiə olunan 
əməliyyat sistemi adlandırılır. 
ƏMƏLİYYAT SİSTEMİNİN MÜDAFİƏ OLUNMASINA 
YANAŞMA
Əməliyyat sisteminin müdafiə edilməsinə iki əsas 
yanaşma mövcuddur – 
fraqmentlərlə və kompleks. 
Fraqmentlərlə yanaşmada əvvəlcə bir hədədən müdafiəni 
həyata keçirirlər, sonra növbəti hədəni və s. Fraqmentlərlə 
yanaşmaya nümunə kimi müdafiə edilməyən Windows 98 
əməliyyat sistemini göstərmək olar, çünki, əməliyyat sisteminə 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 328 ____________________________ 
antivirus proqramı quraşdırılır, şifrələmə sistemindən istifadə 
edilir, istifadəçinin fəaliyyəti qeydiyyat sistemində nəzərədə 
saxlanılır və s. 
Fraqmentlərlə 
yanaşmada 
əməliyyat 
sisteminin 
altsisteminin müdafiə edilməsi dedikdə müxtəlif istehsalçılardan 
alınan dağınıq proqram məhsulları nəzərədə tutulur. Bu 
proqram vasitələri bir-birindən asılı olmadaq işləyirlər (iş 
zamanı onların birliyini təmin etmək praktiki olaraq mümkün 
deyil). Bununla yanaşı belə altsistemin müdafiə edilməsinin 
ayrı-ayrı elementləri bir-biri ilə kobudcasına (qeyrikorrekt) 
işlədiyinə görə ümumilikdə sistemin etibarlığı sərt şəkildə aşağı 
düşür.
Kompleks yanaşmada müdafiə funksiyası əməliyyat 
sistemi layihələndirilmə mərhələsində olanda ona daxil edilir və 
onun ayrılmaz hissəsinə çevrilir. Kompleks yanaşmaya 
əsaslanaraq yaradılmış altsistemin müdafiə olunmasının ayri-
ayri elementləri müxtəlif məsələlərin həll edilməsində və 
informasiyanın müdafiə edilməsində bir-birilə qarşılıqlı əlaqədə 
olduğu üçün ayrı-ayrı elementlər arasında praktiki olaraq 
münaqişənin yaranması mümklün deyil. Kompleks yanaşma 
əsasında qurulmuş altsistemin müdafiəsi bəzən elə qurulur ki
sistemdə qarşısı alınmaz pozuntular baş verdikdə əməliyyat 
sisteminin əsas elementlərində yaranan bu hallar (pozuntular) 
əməliyyat sisteminin müvəffəqiyyətsizliyinə gətirib çıxarır, 
nəticədə pisniyyətli insan sistemin müdafiə olunma funksiyasını 
pozmağa imkan tapa bilmir. Nəzərə almaq lazımdır ki, 
fraqmentlərlə yanaşmada altsistemin bu şəkildə müdafiə 
edilməsi mümkün deyil. 
Qeyd etmək lazımdır ki, kompleks yanaşmaya əsaslanaraq 
qurulmuş əməliyyat sistemi altsisteminin müdafiəsi elə şəkildə 
layihələndirilir ki, onun ayrı-ayrı elementlərini dəyişmək 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin